Qısa məzmun
Ə/h 600-900 AZN. Terrastruc Mühəndis – konstruktor vəzifəsi üzrə vakansiya elan edir. Müasir texnologiya sahəsində tam biliyə malik olmalıdır.
İş barədə məlumat:
- Metal-konstruksiya, dəmir-beton layihələrinin işlənib hazırlanması
- Tikinti sahəsində və ondan kənarda işləyən layihə qrupu üçün konstruktorun tapşırıqlarının növbəliliyini və iş qrafikini müəyyən etmək və təsdiqləmək.
- Toplantılar keçirmək, hesabatlar tərtib etmək, sənədlər hazırlamaq və müqavilə çərçivəsində sahibkar, konstruktor və subpodratçılar ilə danışıqlar aparmaqda layihə menecerinə köməklik göstərmək.
- Məqsədli iş qruplarında və tikinti vasitələri və üsullarının qiymətləndirilməsində iştirak etmək və öyrəndiyi ən yaxşı təcrübələri tətbiq etmək.
- Təqdim olunmuş sənədlərin və layihə sənədlərinin tikinti qrafikinin yerinə yetirilməsini təmin etməklə müqavilə tələblərinə uyğunlaşdırılmasına köməklik göstərmək. İşin yaxşılaşdırılması məqsədilə yuxarıda qeyd edilənlərin hər biri üçün koordinasiya görüşlərinin keçirilməsini təmin etmək.
- İş həcminə nəzarət etmək, dəyişiklik edilmiş sənədlərin hazırlanmasına yardım etmək və daxili təsirləri təhlil etmək.
- Layihənin təhlilinə və hesabatların hazırlanmasına kömək etmək, layihə ilə əlaqədar bütün suallar/ izahlar və paketlərlə bağlı təsdiqləri əldə etmək.
- Layihə paketlərini yaxşılaşdırmaq üçün sahibkarlar, layihə iştirakçıları və operatorlarla layihənin nəzərdən keçirilməsi üzrə toplantılarda iştirak etmək və həmin toplantıların keçirilməsini təmin etmək.
- Layihənin icra sənədlərinə və mövcud şərtlərə cavab verməsini təmin etmək məqsədilə mühəndis-konstruktorları/ layihə hazırlayanları, çertyojçuları və tikinti sahəsində və ondan kənarda işləyən gənc mühəndisləri sahə və tikinti təlimatları ilə təmin etmək.
- Növbədənkənar tapşırıqların müəyyən olunmasında və sahibkar və/ yaxud podratçı üçün dəyişiklik barədə sorğuların hazırlanmasında köməklik göstərmək. Dəyişikliklə bağlı sahibkara ünvanlanmış sorğular və podratçıdan tələb olunan dəyişikliklər üçün qiymətləndirmələrin hazırlanmasına kömək edilməsi.
- İş saatı 09:00-18:00
- İstirahət günü – Şənbə və Bazar günləri
- Telefon danışıqları şərkət tərəfindən ödənilir.
- İş yeri Nardaran qəsəbəsində yerləşir.
- Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır
Namizədə tələblər:
- Layihələndirmə (yaxud əlaqədar sahədə) üzrə təhsil, yalnız arxitektor/ inşaatçı mühəndis
- Layihələndirmə, inşaat mühəndisliyi sahəsində 5 ildən çox təcrübə
- Eyni anda bir neçə tapşırıq və problemin həll edilməsi bacarığı və əla ünsiyyət bacarıqları
- Tikinti sahəsində və ondan kənarda işləyən layihəçilər üçün məsuliyyət daşımaqla böyük kompleks mülki layihələr üzrə layihələndirmə yaxud tikinti sahəsində təcrübə
- Ümumi mühəndis hazırlığı
- Layihənin idarəedilməsi sahəsində təcrübə mütləqdir
- Nəzarətçi vəzifəsini yerinə yetirmək sahəsində bacarıq
- Kompyuter bacarıgları: MS Word, Exel, AutoCad, Archi Cad
- Həmçinin, müasir texnologiya sahəsində tam biliyə malik olmalı və layihədə istifadə olunması məqsədilə texniki tapşırıqların yerinə yetirilməsi üçün müvafiq proqram təminatını seçmək və tətbiq etmək bacarığı olmalıdır.
- но в строительной сфере
Oxşar vakansiya siyahısı:
Baş mexanik
Mətanət A Baş mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi )
Hajigabul Poultry Farm Company Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi ) vəzifəsi üzrə vakansiya elan edir. ...
Texniki şöbənin Rəhbəri
CONCO Engeneering Texniki şöbənin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...
Memarlıq üzrə təcrübəçi
PASHA Property Management Memarlıq üzrə təcrübəçi üzrə vakansiya elan edir. ...
1500₼
Laçın ərazisi üzrə koordinatorAznet technologies QSC Laçın ərazisi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...