1996-cı ildə Bakı şəhərində əsası qoyulan Sinteks MMC bu gün Qafqaz və Mərkəzi Asiyada ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir.
SINTEKS öz üzərinə tanınmış beynəlxalq moda evlərindən tutmuş yeni yaranmış markalara kimi, dünyanın aparıcı moda brendlərini təmsil etməyi götürüb.
Şirkət dəb, zərgərlik və qida sahələrində 80-dən artıq mağazaya rəhbərlik edir.
Sinteks Şirkətlər qrupuna hal hazırda Ezamiyyə Koordinatoru tələb olunur.
İşin rolu:
İşin əsas rolu tərəfdaşlarla işguzar yazışmaları aparmaq, görüşlər təyin etmək və işgüzar səfərin cədvəlini tərtib etməkdən əlavə, səyahət üçün aviabilet, otel rezervasiyası, viza kimi sənədlərin hazırlanmasından ibarətdi.
Vəzifə öhdəlikləri:
- Tərəfdaşlarla işguzar yazışmaları aparmaq
- İşgüzar səfərlərin cədvəllərini qurmaq
- Səyahətdən əvvəl bütün lazımi sənədləri hazırlamaq (aviabilet, otel rezervasiyası, viza dəstəyi)
- Rəhbərliyə hesabat vermək (həftəlik, aylıq, illik)
- Ezamiyyəyə gələcək tərəfdaşları yerləşdirmək
Əsas tələblər:
İxtisas / Təhsil:
- Müvafiq sahə üzrə Ali təhsil
- Amadeus sertifikatı (əsas kurs)
Təcrübə:
- Ezamiyyə sahəsində ən azı 3 illik təcrübə
- Xarici tərəfdaşlarla ən azı 1 illik iş / yazışma təcrübəsi
Bilik və bacarıqlar:
- Yaxşı səviyyədə İngilis dili bilikləri (Rus dili arzu olunandır)
- MS Office (Excel, Word, PowerPoint) proqramlarını yaxşı səviyyədə bilmək
- Hesabat vermək bacarığı
Kompetensiyalar:
- Vaxtın idarə edilməsi
- İşgüzar ünsiyyət
- Təzyiq altında işləmək bacarığı
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini recruitment@sinteks.com e-mailına, mövzu hissəsində “Ezamiyyə Koordinatoru” qeyd edib göndərilməsi xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Zivar Restoranı Ofisiant vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Restoran meneceri/Administrator vəzifəsi üzrə vakansiya elan edir. ...