Qısa məzmun
Ə/h razılaşma yolu ilə. GM Construction Baş mühəndis vəzifəsi üzrə vakansiya elan edir. Statistik və riyazi analiz etmə qabiliyyəti olmalıdır.Ə/h razılaşma yolu ilə. GM Construction Planlama mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. Statistik və riyazi analiz etmə qabiliyyəti olmalıdır.
Namizəd üçün tələb olunan xarakteristikalar :
- Layihələrin sahədəki tikinti fəaliyyətinə rəhbərliyi həyata keçirmək,
- Tikinti fəaliyyətinin layihəyə və texniki spesifikasiyalara uyğun həyata keçirilməsini təmin etmək;
- Tabeçiliyində olan işçi heyətini və subpodrat şirkət heyətini layihə hədəfi doğrultusunda idarə etmək;
- Müəyyən edilmiş vaxt ərzində obyektlərin təhvil verilməsi planını və tikinti-quraşdırma işlərinin kəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsini, layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasını təmin etmək;
- Obyektlərin inşası üçün texniki sənədləşmənin əldə edilməsini təmin etmək;
- Materiallar, konstruksiyalar, detallar (hissələr), alətlər, inventar və s. əldə edilməsi üçün sifarişlər hazırlanmasına nəzarət və onlardan səmərəli istifadə olunmasını təmin etmək. Görülmüş işlərin hesabatını aparmaq, texniki sənədləşməni tərtib etmək;
- Sahəni həmişə nəzarətdə saxlamaq, o cümlədən tikinti işləri ilə, heyətlə, layihə dəyişikliyi ilə bağlı problemlərinin aradan qaldırılmasını vaxtında və effektiv formada həyata keçirmək;
- Layihələri oxumaq, layihədə olan konstruktiv və texnoloji xətaları aşkar etmək,
- Tikintinin strukturunu formalaşdırmaq, sistemini qurmaq, mərkəzi ofisi və layihələrlə effektiv koordinasiyalı işləmək;
- Rəhbəri olduğu sahədə təhlükəsiz iş şəraitinin qurulmasını və davamlılığını təmin etmək;
- Smetaların hazırlanmasına nəzarət etmək;
- Təmir-tikinti işləri üçün zəruri olan inşaat materiallarının qiymət və keyfiyyətinə görə seçilməsində iştirak etmək.
İş şəraiti:
- 6 günlük iş həftəsi
- Rabitə xərcləri şirkət tərəfindən ödənilir
- Əmək haqqı təhsil, iş stajı, iş bacarığı və s. nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunacaq
Namizəd üçün tələblər
- Ali təhsil (İnşaat mühəndisliyi);
- İnşaat sahəsində rəhbər vəzifədə minimum 10 il iş təcrübəsi;
- Kompüter bilikləri – Microsoft Office, Autocad proqramlarını mükəmməl səviyyədə bilmək.
- Azərbaycan dili mükəmməl, rus və ingilis dillərini yaxşı səviyyədə bilməsi arzuolunandır;
- Problem həlletmə, analitik düşünmə qabiliyyəti;
- İşgüzar ünsiyyət bacarığı;
- İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, səliqəli, diqqətli, müstəqil və komanda şəklində işləmək bacarığı.
Vakansiyaya müraciət üçün CV-ləri (şəkil ilə) “Baş mühəndis” mövzusu ilə khayyam.asgarov@gmco.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Mətanət A Baş mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi ) vəzifəsi üzrə vakansiya elan edir. ...
CONCO Engeneering Texniki şöbənin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Property Management Memarlıq üzrə təcrübəçi üzrə vakansiya elan edir. ...
Aznet technologies QSC Laçın ərazisi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...