Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Crocus Construction Mühasib-Xəzinədar vəzifəsi üzrə vakansiya elan edir. Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin olunur.
Vəzifə öhdəlikləri:
- Kassa əməliyyatlarının həyata keçirilməsi;
- Pul vəsaitlərinin və qiymətli kağızların qorunub saxlanılmasını təmin edən qaydalara riayət etməklə onların qəbulu, hesabı, verilməsi və mühafizəsi üzrə əməliyyatları yerinə yetirir. Fəhlə və qulluqçuların əmək haqqı və mükafatlarının verilməsi, ezamiyyət və digər xərclərin ödənilməsi üçün müəyyən olunmuş qaydaya uyğun olaraq dövlət bankı idarələrindən rəsmiləşdirilmiş sənədləri, pul vəsaitlərini və qiymətli kağızları alır. Mədaxil-məxaric sənədlər əsasında kassa kitabçasını aparır, pulun və qiymətli kağızların faktiki məbləğini kitabçadakı qalıqla yoxlayır, kassa hesabatını tərtib edir.
- Mühasibatlıq ,verqi uçotu və DSMF, Müəssəyə uyğun aylıq, rüblük, illik statistik hesabatların hazırlanması və təqdim edilməsi;
- Ödəniş tapşırıqlarının, hesab və vergi-hesab fakturaların hazırlanması,e-qaimə-fakturaların yazılması;
- Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
- Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi;
- Əmək haqqının hesablanması;
- Mənfəət və ya Zərər haqqında hesabat hazırlanması və rəhbərliyə təqdim edilməsi;
Bilməlidir: kassa əməliyyatını aparmaq üçün əsasnamə, təlimat, rəhbər materialları və başqa normativ sənədləri; kassa və bank sənədlərinin formalarını; pul vəsaitlərinin və qiymətli kağızların qəbulu, verilməsi, hesabı və mühafizəsi qaydalarını; mədaxil-məxaric sənədlərinin rəsmiləşdirmə qaydalarını; dövlət bankı tərəfindən müəssisə, idarə və təşkilatlar üçün təyin edilmiş kassada olan qalıqların limitini, onun mühafizəsinin təmin olunma qaydasını; kassa kitabçasının aparılması və kassa hesabatının tərtibi qaydasını;
Namizədə olan tələblər:
- 1C, və MS Ofis proqramları üzrə biliklər;
- Vergi qanunvericiliyi, Mühasibat uçotunun yeni hesablar planı;
- Aidiyyəti sahədə 3 ildən artıq iş təcrübəsi.
İş qrafiki: I-V günlər 10:00-19:00; 2 gün istirahət
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Mühasib-Xəzinədar” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) recruitment.rest@crocus.az elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Expressbank ASC Sifarişlərin təhlili və strukturlaşdırılması şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi/böyük mütəxəssisi vəzifəsi üzrə vakansi ...
Expressbank ASC Girovları qiymətləndirilməsi və nəzarəti bölməsi/mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Məhsul sahibi (Product owner) vəzifəsi üzrə vakansiya elan edir. ...
Perla mebel Goran mağazasına uçotçu vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Audit Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Kassir vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Mühasib (Restoran) vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Risklərin İdarə edilməsi Departamenti, Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC Marketinq Departamentinin Kartmane və Partnyorlarla iş şöbəsində Baş mütəxəssis/ Ekspert vəzifəsinə işə qəbul elan edir. ...