Qısa məzmun
Ə/h razılaşma yolu ilə. FINCA Azerbaijan LLC İnzibati Köməkçi vəzifəsi üzrə vakansiya elan edir. İşində düzgünlüyə və təfərrüatlara diqqət yetirməlidir.
ƏSAS ÖHDƏLİKLƏR:
- İnzibati rəhbərin və təyinatı xətti rəhbərin rəhbərliyi altında təyinati idarənin/ofisin problemsiz işləməsini təmin etmək üçün məsuldur;
- Ofisə gələn şəxslərin qəbul edilmiş prosedurlara uyğun şəkildə düzgün qaydada qarşılanmasını və onlara diqqət göstərilməsini təmin edəcəkdir;
- İşçi heyətini ofis avadanlıqları, təchizatı, kommunikasiya və digər vasitələrlə təmin edəcəkdir;
- Kredit üçün müraciət edənləri müvafiq əməkdaşlara yönləndirilməsini təşkil edəcəkdir.
- Filiallarda imzalanıb, elektronlaşdırılmış (skan) edilmiş kredit müqavilələrinin təşkilatın təlimat tələblərinə uyğun olaraq zırlanıb, baş ofisə göndərilməsini təmin etmək.
- Fiziki sənədlərin tam olaraq toplanmasını təşkil etmək, yaranmış çatışmamazlıqlar ilə bağlı icraçını məlumatlandırıb, sənədlərin fiziki olaraq tamlığını təşkil etmək
- Ofisin təhlükəsizlik işlərinin təşkilinə nəzarət etmək və qoyulmuş təhlükəsizlik protokollarına əməl edilməsini təmin etmək;
- Tələb olunduqda təyinati FINCA Azerbaijan ofisinə gələn və ya oradan gedən heyət üzvləri və ya qonaqlar üşün logistik işlərin təşkilini həyata keçirmək;
- Lazım olduqda, gündəlik iş prosesində İnzibati və ya xətti rəhbər tərəfindən tapşırılan digər inzibati tapşırıqları yerinə yetirmək.
Tələb olunan bilik və bacarıqlar:
- Ali təhsil
- Microsoft ofis proqramları üzrə bilik (word və excel) və çap etmə bacarığı
- Xidmət yönümlü – Aktiv şəkildə insanlara köməklik göstərməyə səy göstərmək
- Yüksək şifahi ünsiyyət- məlumatları effektiv şəkildə çatdırmaq üçün digərləri ilə danışmaq bacarığı
- Əlaqələndirmə – fəaliyyətləri digərlərinin fəaliyyətləri ilə uyğunlaşdırmaq
- Filialdaxili şəxslərarası ünsiyyəti qurmaq və qoruyub saxlamaq
- İşində düzgünlüyə və təfərrüatlara diqqət yetirmək
Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 10 yanvar 2021-ci il tarixdən gec olmamaq şərtilə recruitment@fincaazerbaijan.com electron ünvanına Subject/Mövzu hissəsində İnzibati Köməkçi (Naxçıvan filialı) qeyd etməklə göndərə bilərsiniz.
QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...