Qısa məzmun
Ə/h razılaşma yolu ilə. AIR Group İnsan Resursları şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Ünsiyyət qurma bacarığı olmalıdır.
Vəzifəyə aid qoyulan tələblər
- Təhsil: Ali
- Təcrübə: minimum 3-5 il;
- Yaş: 25-35
- Dil bilikləri: Azərbaycan, Rus (əla səviyyədə) mütləqdir və İngilis dili (İşgüzar yazışma təcrübəsi)
- Kompüter bilikləri: MS Ofice, Outlook, 1 C
İş barədə məlumat:
- İnsan Resurslarının idarə edilməsi siyasətininin qayda və sistemlərini hazırlanmalı, onları təkmilləşdirməlidir;
- Mövcud vakansiyalar əsasında işçi axtarma, seçmə və işə yerləşdirmə prosedurunu həyata keçirtməlidir;
- Daxili nizam intizam qaydaları və motivasiya sistemini tətbiq edilməsini təmin etməlidir;
- Şirkətdə korporativ tədbirlərin təşkilini həyata keçirməlidir;
- Şöbənin fəaliyyətinə aid olan hesabatları hazırlamalı və rəhbərliyə təqdim etməlidir.
- İşə qəbul prosesinin müvafiq qaydalara və standartlara uyğun həyata keçirməlidir;
- Müəyyənləşdirilmiş işçi ehtiyaclarına uyğun olaraq əmək resursları bazarını araşdırılmalı və müvafiq kadrların cəlb edilməsini təmin etməlidir;
- İşə qəbul prosesinə dair sənədləşmələri aparmalıdır;
- İşçilərin şəxsi işlərini kadr-uçot formasında aparmalıdır;
- İşçilərə əmək müqavilələrini hazırlamalı, onlara əlavə və dəyişikliklərin edilməsi, işçilərin motivasiyası və intizam tənbehlərinə dair dbirlərin tətbiqi üzrə sənədləşmə işlərinin aparmalıdır;
- Əmək müqaviləsi daxil olmaqla, işə qəbul, xitam və keçirilmə haqda əmrləri rəsmiləşdirilməlidir;
- Rəsmləşdirilən əmrləri elektron portala işləməlidir;
- Struktur və ştat cədvəlini mütamadi olaraq nəzərətdə saxlamalı, lazım olan dəyişiklikləri etməli və təkmilləşməsi üçün tövsiyyələr verməlidir;
- Aylıq tabel uçotunu aparmalıdır;
- Əmrlər, ezamiyyət, məzuniyyət və əmək kitabçalarının qeydlərini aparmalıdır;
- Məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etməlidir;
- Lazım olduğu hallarda DSMF müvafiq sənədləri toplayıb göndərilməsini təmin etmək;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların vaxtında icra edilməsini təmin etməlidir;
Vəzifəyə tələblər:
- Əməkdaşları motivasiya və inkişaf etdirmə qabiliyyətinin olması;
- ƏSAS TƏLƏB: 1.C (8.3 UPP) proqramını mükəmməl səviyyədə bilməli,bütün əməliyyatlarının 1C üzərindən aparılması üzrə təcrübəsinin olması;
Şəxsi keyfiyyətlər:
- Ünsiyyət qurma bacarığı olmalı; – Məsuliyyətli və təşəbbüskar olmalı;
- Diqqətli və punktual olmalı; – Kollektivlə işləyə bilməli və özünü təkmilləşdirməli;
- Qətiyyətli və müstəqil qərar qəbul etmə bacarığına malik olmalı;
- Microsoft Office proqramlarını mükəmməl bilməli;
Əlavə məlumatlar:
- Əmək haqqı -Razılaşma yolu ilə
- İş qrafiki: 5 gün, 09:00 – 18:00.
Göstərilən tələblərə cavab verən namizədlər öz şəkilli CV-lərini mövzu yerində “İnsan Resursları şöbəsinin mütəxəssisi” yazmaqla hr@airgroup.az elektron ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Əməyin mühafizəsi üzrə mütəxəssis
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Direktor assistenti
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...