Qısa məzmun
Ə/h razılaşma yolu ilə. AccessBank İnsan Resursları Departamentində Əmək haqqı hesablanması üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- İşçilərin aylıq əmək haqqlarının hesablanması;
- Əmək haqqının verilmə dövrünə uyğun olaraq əmək haqqına dair məlumatların vaxtında və düzgün daxil olunmasının təmin edilməsi;
- Son haqq-hesab, əmək məzuniyyətlərinin və xəstəlik vərəqələrinin hesablanması;
- İşə qəbul edilmiş əməkdaşlara əmək haqqı kartlarının sifarişinə dair müraciətlərin həyata keçirilməsi;
- Əmək haqqı kartları barədə məlumatların sistemdə aktivləşdirilməsi;
- Bütün Baş Ofis və Filial Əməkdaşlarının işə davamiyyətlərinin yoxlanılması və ona uyğun aylıq iş vaxtının uçotu tabellərinin yenilənməsi;
- Həyat sığortası proqramına aid sənədləşmənin aparılması;
- DSMF tərəfindən ödənişlərin vaxtında heyəta keçirilmə məqsədi ilə e-gov.az saytında xəstəlik vərəqələrinin, sosial məzuniyyətlərin, birdəfəlik ödənişlərin rəsmləşdirilməsi;
- Əmək haqqına dair sorğu/sualların cavablandırılması;
- İş yerindən arayışların tərtib olunması;
- Əmək haqqı üzrə daxili hesabatların hazırlanması;
- Digər əmək haqqı ilə bağlı əməliyyatların yerinə yetirilməsi və sənədləşmənin aparılması
Tələblər:
- Ali təhsil;
- İnsan Resursları (Əmək haqqı hesablanması) sahəsində ən azı 2 il iş təcrübəsi ;
- Komandada işləmək bacarığı;
- Güclü riyazi biliklər və analitik düşüncə;
- MS Office proqramlarını, xüsusilə də Excel proqramını, yüksək səviyyədə bilmək;
- İngilis və ya rus dillərində səlis ünsiyyət bacarığı;
- Təzyiq altında işləmə bacarığı.
Maraqlanan şəxslər öz CV formalarını cv@accessbank.az elektron poçt ünvanına göndərə bilər.Xahiş olunur CV göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.
Oxşar vakansiya siyahısı:
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...