Kiçik hüquqşünas
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 500-600 AZN. Resant Group Kiçik hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

– Təşkilatdaxili hüquqi sənədləşmə işlərində, hüquqi rəylərin verilməsində, əməliyyatların və proseslərin qanunvericiliyin tələblərinə uyğunluğunun təmin edilməsində və Hüquqşünaslar tərəfindən icra edilən digər işlərin icrasında Hüquqşünaslara köməklik göstərmək;
– Təşkilatın tərəf olduğu mübahisələr üzrə iddia ərizələrinin, şikayətlərin, vəsatətlərin və digər məhkəmə sənədlərinin hazırlamasında və məhkəmə işinin aparılmasında hüquqşünaslara köməklik etmək;
– Zərurət oldğuqda Təşkilatı məhkəmələrdə və digər dövlət idarə, müəssisə və təşkilatlarda, o cümlədən hüquq mühafizə orqanlarında təmsil etmək;
– Rəhbəri tərəfindən qoyulan digər müvafiq tapşırıqları tələb edilən qaydada icra etmək.

Tələblər:

  • Təhsil: Hüquq üzrə bakalavr dərəcəsi;
  • Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığı, rus və inglis dilləri arzu olunandır;
  • Microsoft Office proqramlarını yaxşı bilmək;
  • Analitik düşünmə və problemləri həll etmə bacarığı;
  • Hüquqi nitq və yazışma qabiliyyəti;
  • Üzərinə məsuliyyət götürmək, müstəqil və komanda daxilində işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri.

Təminatlar:

  • İş qrafiki: 5 günlük, saat 09:00-dan 18:00-dək;
  • Əmək haqqı: 500-600 AZN;
  • Ünvan: Nərimanov rayonu, Albert Aqarunov heykəlinin yanı.

Maraqlanan namizədlər mövzu yerində “ Kiçik hüquqşünas” yazmaqla öz CV-lərini hr@resantgroup.az ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...