Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Avromed Company QSC Laboratoriya məhsulları üzrə satış mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Əsası 2002-ci ildə qoyulmuş “Avromed Company” QSC dünyanın aparıcı beynəlxalq şirkətlərinin istehsal etdiyi əczaçılıq məhsullarının Azərbaycandakı ən böyük distribyütorlarından biridir.
Şirkət Laboratoriya məhsulları üzrə satış mütəxəssisi vəzifəsinə təcrübəli işçi dəvət edir.
Laboratoriya məhsulları üzrə mütəxəssis:
- Bazarı xarakterizə edən məlumatları toplayır, analiz edir, perspektivləri qiymətləndirir;
- Marketinq strategiyası və marketinq planının hazırlanmasında iştirak edir;
- Laboratoriya məhsullarının satışını artırmaq məqsədilə stimullaşdırıcı aksiyalar keçirir və təqdimatlar təşkil edir;
- Satışın düzgün təşkil edilməsini təmin edir;
- Potensial müştərilərin əməkdaşlığa cəlb olunmasını təmin edir;
- Müştərilər haqqında məlumat bazası yaradır;
- Müştərilərlə iş və görüş planı həyata keçirir.
Tələblər:
- Ali təhsil (Kimya-biologiya və ya tibbi təhsil arzuolunandır);
- Müvafiq sahədə iş təcrübəsi;
- Satış bacarıqları;
- Müştərilərlə ünsiyyət və əməkdaşlıq qurmaq bacarığı;
- Azərbaycan və rus dillərini bilmək vacibdir.
- İngilis dilini bilmək arzuolunandır.
Maraqlananlar CV-lərini vacancy@avromed.az elektron ünvanına 08.02.2021-ci il tarixinə qədər göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “Laboratoriya mütəxəssisi” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Mətanət A Baş mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi ) vəzifəsi üzrə vakansiya elan edir. ...
CONCO Engeneering Texniki şöbənin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Property Management Memarlıq üzrə təcrübəçi üzrə vakansiya elan edir. ...
Aznet technologies QSC Laçın ərazisi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...