Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Yelo Bank Front-end web developer vəzifəsi üzrə vakansiya elan edir. Bank işi haqqında bilik olmalıdır.
İyirmi altı ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəsisslərə iş imkanları təqdim edir.
Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz işlərimizdə sadə, ünsiyyətimizdə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.
Siz elektron poçtun “mövzu” yerinə “Front-end web developer” qeyd etməklə öz CV-lərinizi jobs@yelo.az ünvanına göndərə bilərsiniz.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.yelo.az
Struktur: Proqramlaşdırma Departamenti / Proqramlaşdırma şöbəsi
Vəzifə: Front-end web developer
Bilavasitə tabeçiliyi: Departament direktoru / Şöbə müdiri
Vəzifə öhdəlikləri:
- Veb layihələrin tərtibatı;
- Layihələr üçün yeni səhifələrin hazırlanması, əlavə və dəyişikliklərin edilməsi;
- Yazılan kodların test edilməsi, yaranan problemlərin analiz edilməsi və aradan qaldırılması;
- Proqram təminatı istifadəçisindən daxil olan tələblərin təhlil edilməsi və həll olunması.
Vəzifəyə tələblər:
- React, Node.js, Vue.js , HTML, CSS, JavaScript, TypeScript, PHP, MySQL, MS SQL, SQL üzrə biliklər;
- Şəbəkə protokolları və verilənlər bazaları ilə iş təcrübə;
- Müvafiq sahə üzrə 2 illik iş təcrübəsi;
- Bank işi haqqında məlumat, bank işində təcrübə arzuolunandır.
Biz Sizə nə təklif edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Sınaq müddəti bitdikdə Könüllü tibbi sığorta proqramına qoşulma;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Oxşar vakansiya siyahısı:
We are looking for a Frontend Developer to join our dynamic and globally expanding startup. Requirements: Programming Language: Typescript Technologies: HTML5, CSS, SCSS, ...
Kontakt Home QA engineer (Keyfiyyətə nəzarət üzrə mühəndis) vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...
Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası İT mütəxəssisi vəzifəsi üzrə vakansiyasi elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...