Qısa məzmun
Ə/h razılaşma yolu ilə. ADY Express İnzibati işlər və təchizat şöbəsinin aparıcı mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Şirkət: ADY Ekspress MMC
Vəzifə: İnzibati işlər və təchizat şöbəsinin aparıcı mütəxəssisi
İş yeri: Bakı, Xətai Biznes Mərkəzi
Öhdəliklər:
- Şirkətin bütün təchizat üzrə sifarişlərinin təmin edilməsinə nəzarət etmək;
- Tədarükçülərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;
- Əməliyyatların reyestrinin aparılması;
- Alınan Mal/xidmət həyata keçirildikdən sonra işləri təhvil verən tədarükçünün qiymətləndirmə prosesinin həyata keçirilməsi;
- Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlilini təşkil etmək;
- Ofis inventarlarının miqdarını müəyyən etmək məqsədi ilə anbarın yoxlanılması, təchizat ehtiyaclarının müəyyənləşdirilməsi;
- “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanuna uyğun olaraq tender,təklif sorğularının keçirilməsini təşkil etmək;
Tələblər:
- Ali təhsil;
- Aidiyyatı sahə üzrə 2-3 il iş təcrübəsi;
- Microsoft Office proqramları, xüsusi ilə MS Excel proqram təminatında və 1C proqramında yaxşı səviyyədə işləmək bacarığı;
- Azərbaycan-dilində sərbəst danışıq və yazma bacarığı, rus və ingilis dili biliyinin olması üstünlükdür;
- Riyazi bilik, dəqiqlik, araşdırma qabiliyyəti;
Xahiş olunur CV-lərinizi 12 Fevral 2021-ci il tarixinədək e-poçtun mövzu (“subject”) hissəsində “İnzibati işlər və təchizat şöbəsinin aparıcı mütəxəssisi” qeyd etməklə hr@adyexpress.az ünvanına göndərəsiniz.
Xahiş edirik, nəzərə alasınız ki, yalnız seçilən namizədlərlə əlaqə saxlanacaq.
Oxşar vakansiya siyahısı:
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
ASADZADESANAN MMC Logistika üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...
Two-Months Logistics Internship with Opportunity of work upon completion! We’re thrilled to announce a two-month internship opportunity at Logistics Solutions Azerbaija ...