Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Sirab ASC İnsan resursları üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Əsas tələblər:
- Minimum təhsil dərəcəsi: Bakalavriat
- Komputer bilikləri: MS Office – əla;
- Dil bilikləri: İngilis – yaxşı, Rus – yaxşı;
- Təcrübə: İnsan Resursları sahəsi üzrə ən azı 1 il iş təcrübəsi;
- Əmək qanunvericiliyi üzrə mükəmməl səviyyədə nəzəri və praktik biliklər;
- Kadr işinin təşkili, E-gov, sənədləşdirmə və hesabatların tərtib edilməsinə dair biliklər;
- Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair biliklər;
- İnsan resurslarının idarə edilməsi sahəsində nəzəri biliklər.
Digər tələb və üstünlük göstəriciləri:
- İqtisadiyyat, idarəetmə, mühəndislik, yaxud psixologiya sahəsində ali təhsil;
- İnsan resursları sahəsində beynəlxalq və ya yerli sertifikat;
- Rus və ingilis dillərində fikrini sərbəst ifadə etmək və ədəbiyyatlardan istifadə etmək.
İş barədə:
- İnsan resurslarının fəaliyyət istiqamətləri və funksiyaları (Planlaşdırma, işə qəbul, təlim və karyera, kadr inzibatçılığı və s.) üzrə nəzərdə tutulan işlərin tətbiq edilməsi üçün prosedur və proseslərin hazırlanmasında iştirak;
- İnsan resurslarının planlaşdırılması, işə qəbul, adaptasiya, təlim və karyera, xidməti fəaliyyətin qiymətləndirilməsi və s. kimi insan resurslarının idarə edilməsi funksiyalarının icrası:
- İnsan resurslarının panlaşdırılması ilə əlaqədar kəmiyyət və keyfiyyət göstəriciləri üzrə işlərin icrası və hesabatların hazırlanması;
- İşə qəbul prosesinin təşkili, işçi tələbi və namizəd seçimi prosesinin idarə edilməsi;
- Təlim ehtiyaclarının müəyyən edilməsi və təlimlərin təşkil edilməsi;
İşçilərin xidməti fəaliyyətlərinin qiymətləndirilməsi məqsədi ilə müvfiq işlərin təşkili və nəticələri üzrə hesabatların hazırlanması; - İşçilərin motivasiyasının yüksəldilməsi məqsədi ilə motivasiya vasitələri üzrə proqramların hazırlanması və tədbirlərin təşkil edilməsi;
- Əmək haqqının hesablanması üzrə işlərin icrası.
- Əmək qanunvericiliyindən irəli gələn sənədləşmə və kadr-uçot işinin aparılması;
- Kadrlar üzrə müvafiq hesabatların tərtib edilməsi və aidiyyəti üzrə tələb olunan yerə vaxtında təqdim edilməsi;
- Rəhbərliyə aylıq görülmüş işlər barədə hesabatın verilməsi;
- Şöbənin gündəlik fəaliyyətilə əlaqədar digər zəruri işlərin icra edilməsi.
İş vaxtının norması:
- 09:00-18:00 / 5 günlük iş həftəsi
Vəzifə üzrə əmək haqqı:
- Namizədin bilik və bacarığına uyğun olaraq
Müraciət forması:
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “İR üzrə aparıcı mütəxəssis” yazmaqla cv@sirab.az mail ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Əməyin mühafizəsi üzrə mütəxəssis
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Direktor assistenti
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...