Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Premium Transport MMC Keyfiyyətə nəzarət üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. İngilis və rus dillərini bilmək arzuolunandır.
Vəzifə : Keyfiyyətə nəzarət üzrə menecer
Əmək haqqı : Müsahibə əsasında təyin ediləcək
İş yeri : Qaradağ rayonu, Ümid qəsəbəsi, “Norm” sement zavodunun yaxınlığı və Baş ofis (Şıx qəsəbəsi)
Elektron poçt ünvanı : hr@premiumtransport.az
Vəzifə öhdəlikləri :
- Göstərilən nəqliyyat və daşınma xidmətinin keyfiyyətinin artırılması, müştərinin tələbatına uyğun olmasınının təmin edilməsi üzrə tədbirlərin həyata keçirmək;
- İşin (xidmətin) keyfiyyətinin pisləşməsi səbəblərinin analizi və tədqiq edilməsi, onların aradan qaldırılması üzrə tədbirlər görmək;
- Şirkətə daxil olan maddi vəsaitləri yoxlamaq, keyfiyyət standartlarına və texniki şərtlərə uyğun olması haqqında rəylər hazırlamaq;
- Nəqliyyat və daşınma xidmətlərinin keyfiyyət əmsallarının hesablanmasını aparmaq, xidmətlərin keyfiyyəti üzrə dövrü olaraq hesabatları tərtib etmək.
- Nəqliyyat, daşınma xidmətlərinin keyfiyyətinin artırılması üçün müvafiq prosedurların hazırlamaq;
- Yerli qanunvericikdən irəli gələn məsələləri iş prosesində istifadə etmək və rəhbərliyə tövsiyələr vermək.
- Keyfiyyətsiz xidmətlərin göstərilməsinin qarşısını almaq;
- Beynəlxalq İSO standartının tələblərinə uyğun olaraq şirkətdə keyfiyyət idarəetmə sisteminin qurulması, tətbiqi və davamlı inkişafını təmin etmək;
- İşin icrasına nəzarəti həyata keçirmək, təhlillərin və keyfiyyət qiymətləndirmələrinin aparılması, nəqliyyat və daşınma xidmətlərinin optimallaşdırılması üçün rəhbərliyə tövsiyələr vermək;
- Keyfiyyət idarəetmə sahəsində şirkətin qarşısına qoyduğu hədəf və məqsədlərin həyata keçirilməsini təmin etmək;
- Şirkətin bütün şöbələrində tərtib edilən üzrə sənədlərin keyfiyyətinə nəzarət etmək və standartlara uyğun olması barədə tədbirlər görmək.
- Fəaliyyət istiqamətləri üzrə rəhbərliyin tapşırıqları əsasında digər vəzifələri yerinə yetirmək;
- Xidməti borcunu vaxtında və dəqiq yerinə yetirmək, təşəbbüskar olmaq, ixtisasını daim təkmilləşdirmək;
Namizədə olan tələblər:
- Ali təhsil və müvafiq sertifikatlar olmalı
- Müvafiq sahədə minimal 3 -5 il iş təcrübəsi;
- Nəqliyyat sahəsi üzrə iş təcrübəsi arzuolunandır.
- Yaş həddi 25 – 45 aralığında
İş şəraiti:
- 6 günlük iş vaxtı
- Nəqliyyat ilə təmin olunma;
- Nahar ilə təmin olunma;
- Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə;
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini hr@premiumtransport.az elektron ünvanına (“Keyfiyyətə nəzarət üzrə menecer” başlığı ilə) göndərməyini xahiş edirik.
Oxşar vakansiya siyahısı:
Mətanət A Baş mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi ) vəzifəsi üzrə vakansiya elan edir. ...
CONCO Engeneering Texniki şöbənin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Property Management Memarlıq üzrə təcrübəçi üzrə vakansiya elan edir. ...
Aznet technologies QSC Laçın ərazisi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...