Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Master Builders Solutions Azerbaijan Satış təmsilçisi vəzifəsi üzrə vakansiya elan edir.
“Master Builders Solutions Azerbaijan” MMC şirkəti haqqında
“Master Builders Solutions Azerbaijan” MMC (əvvəlki adı ilə BASF Caspian) 2006-cı ildən etibarən Sumqayıt şəhərinin yaxınlığında öz fabrikasını qurmaqla, Azərbaycanda fəaliyyətdədir, bütün inşaat sahələrini yüksək keyfiyyətli Alman patentli inşaat kimyəvi məhsulları ilə təmin edir.
Şirkətimiz inşaat kimyavilərindən: beton qatqıları, kafel/metlax yapışdırıcıları, normal və geniş aralıq doldurucuları, təmir materialları, su izolyasiya sistemləri, epoksid və poliuretan dam və döşəmə sistemləri və sərtləşdiriciləri, gücləndirmə sistemləri, suvaqaltı astar materialları və digər müasir tikinti materialları istehsal edir.
Namizədə tələblər:
- Ali təhsil;
- İnşaat və tikinti materialları satışı sahəsində minimum 3 illik iş təcrübəsi;
- B2C və B2B satış texnikaları üzrə nəzəri və praktiki biliklər;
- Rus və ya İngilis dili üstünlük kimi qiymətləndirilir;
- Microsoft Office proqramlarının biliyi;
- Yaradıcı, məsuliyyətli, kollektivdə işləmək və yüksək səviyyədə ünsiyyət bacarığı;
- Analitik düşünmə bacarığı;
- Müştəriyönümlü satış bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi.
Satış təmsilçisinin vəzifə öhdəlikləri:
- Müştərilərlə və distribyutorla əlaqələrin inkişafı və dəstəyi;
- Danışıqların aparılması;
- Müştərilər üçün kommersiya təkliflərin hazırlanması;
- Satışların proqnozlaşdırılması;
- Yeni müştərilərin axtarışı və cəlb edilməsi;
- Müştərilərin profilini yaradılması və yenilənməsi;
- Görüş hesabatlarının hazırlanması;
- Fəal satışların koordinasiyası.
İş qrafiki: 08:30 – 17:30 (5 günlük iş qrafiki)
Ünvan: Bakı şəhəri, Ağa İş Mərkəzi, 12-ci mərtəbə
İşə qəbul əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
Tərcümeyi-halınızı 25 dekabr 2020-ci il tarixindən gec olmamaq şərti ilə konul.tiz@mail.mbcc-group.com elektron ünvanına subject/mövzu hissəsində “Satış təmsilçisi” qeyd etməklə göndərə bilərsiniz.
Master Builders Solutions Azerbaijan
Əlaqə üçün nömrə: +99450 224 80 59
#MasterBuildersSolutionsAzerbaijan #bizdənbiriol
Oxşar vakansiya siyahısı:
Kontakt Home Onlayn sifariş üzrə məsləhətçi (Sosial media kanallarından)vəzifəsi üzrə vakansiya elan edir. ...
Abşeron-Şərab ASC Merçendayzer vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group of Companies Korporativ Satış Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeta Group “Satış Məsləhətçisi” vəzifəsi üzrə vakansiya elan edir ...
Çinici şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya üzrə şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Matanat A şirkəti Satış koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
"Smile Tour" MMC promoter ( satış təmsilçisi) vəzifəsi üzrə vakansiya elan edir. ...