Nəqliyyat təminatı üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Aztelekom Nəqliyyat təminatı üzrə mütəxəssi vəzifəsi üzrə vakansiya elan edir. Peşəkar inkişaf və karyera imkanları olmalıdır.

“Aztelekom” MMC hazırda Tabeli qurumlar üzrə nəqliyyat təminatı sektorun mütəxəssisi vəzifəsi üzrə işçi qəbulu elan edir.

Tələb olunan ixtisaslaşma, bilik, təcrübə və bacarıqlar:

  • Ali Təhsilli və ya Orta Peşə Təhsilli;
  • Müvafiq sahə üzrə 1 il əmək stajına malik olmalıdır;
  • Azərbaycan dilini mükəmməl bilməlidir (ingilis və rus dilləri arzu olunandır);
  • Sahasinə aid olan sənədlərin tərtib edilməsini bilməlidir;
  • Nəqliyyat vasitələrinin quruluşu, texniki xidməti barədə biliklərə malik olmalıdır;
  • Nəqliyyat vasitələrinin istismarı qaydalarını bilməlidir;
  • Daxıli ya xarici normativ aktlardan düzgün istifadə etmə bacarığlarına malik olmalıdır;
  • MS Office (Word/Excel) və Outlook programlarını,İnternet resurslarından istifadəni bilməlidir;
  • İşgüzar yazışma əsaslarını bilməlidir;
  • Müxtəlif növ hesabatların fərqli formatlarda təqdim etmə bacarığına malik olmalıdır;
  • Komandada işləmə bacarığına malik olmalıdır.

Əsas vəzifə və öhdəliklər:

  • Nəqliyyat vasitələrinin qeydiyyatının, həmin nəqliyyat vasitələrinin sənədlərinin (texniki pasport, sürücülük vəsiqəsi, icbari sığorta, yol vərəqəsi vəyaxud etibarnamə) düzgünlüyünün təqib edir, əskikliklər barəsində lazımi tabeli qurumları məlumatlandırır;
  • Tabeli qurumlarda olan nəqliyyat vasitələrində nasazlıqları aşkarlamaq üçün yoxlamalar keçirərək, nasazlıqların vaxtında aradan qaldırılması üçün lazımi tədbirlər görür;
  • Avtomobillərin saxlanılması və təmiri üçün ehtiyat hissələrin, təmir materialların və alətlərin alınması üçün istək tələb formaları doldurur;
  • Nəqliyyat vasitələrinin ümumi baxım və təmir işləri ilə əlaqədar məsələləri həyata keçirir, lazımi tədbirlərin görülməsi üçün təyin olunmuş təmir emalatxanasına (servis) yönləndirir;
  • Nəqliyyat vasitələrinin periodik servis baxımı vaxtlarına diqqət yetirmək;
  • Nəqliyyat vasitələri üçün yanacaq hesabatını hazırlayır, yanacağın uçotunu aparır;
  • Dövlət yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət olunmasına nəzarət edir;
  • Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hr@aztelekom.az e-ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət etdiyiniz vəzifənın adını “Nəqliyyat təminatı üzrə mütəxəssis” göstərilməsi xahiş olunur. Əks təqdirdə, həmin müraciətə baxılmaya bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Daha ətraflı məlumatı https://www.aztelekom.az/az/career saytından əldə edə bilərsiniz.

Oxşar vakansiya siyahısı:

Avtobus Servis Sürücüsü

Hajigabul Poultry Farm Company Avtobus Servis Sürücüsü vəzifəsi üzrə vakansiya elan edir. ...

Hajigabul Poultry Farm Company

20.11.2024 - Hacıqabul

1500 — 2000 ₼
Avtoservisdə təmir işləri üzrə texnik

ASADZADESANAN MMC Avtoservisdə təmir işləri üzrə texnik vəzifəsi üzrə vakansiya elan edir. ...

ASADZADESANAN MMC

30.10.2024 - Bakı

700₼
Parklanma xidməti üzrə bələdçi

AzParking MMC Parklanma xidməti üzrə bələdçi vəzifəsi üzrə vakansiya elan edir. ...

Azparking MMC

24.10.2024 - Bakı