Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Zeytun Pharmaceuticals Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. Nahar şirkət tərəfindən təmin olunur.
Tələblər:
- Hüquq üzrə ali təhsil (magistr dərəcəsi olması üstünlükdür);
- İş təcrübəsi : 3-5 il (hüquq sahəsində) ;
- AR-nın mülki və inzibati prosessual qanunvericiliyi üzrə yüksək səviyyədə biliklər;
- Azərbaycan və rus dilindən şifahi və yazılı istifadə qabiliyyəti
- Microsoft Office proqramlarından sərbəst istifadə qabiliyyəti
- Məsuliyyət, işdə dəqiqlik
Vəzifə öhdəlikləri:
- Müqavilələrin hazırlanması;
- Hüquqi sənədlərin tərtib edilməsi;
- Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması;
- Qarşı tərəfin təqdim etdiyi müqavilələrin qanunvericiliyə və Cəmiyyətin maraqlarına uyğunluğunun yoxlanması;
- Müəyyən edilmiş qaydaya uyğun olaraq işçilərin intizam və maddi məsuliyyətə cəlb edilməsi haqqında sənədləri rəsmiləşdirilməsi;
- Təsərrüfat müqavilələrinin tərtibi zamanı hüquqi əsaslandırılmış rəy verilməsi;
- Müqavilələrin sistemləşdirilməsi işinin təşkilində iştirak və bununla bağlı birbaşa rəhbərin tapşırıqlarının yerinə yetirilməsi.
- Məhkəmə işlərinin aparılması
İş şəraiti:
- 5 günlük iş həftəsi
- Karyera yüksəlişi imkanı
- Tibbi sığorta ilə təmin olunma
- Əmək haqqı: müsahibə əsasında
- Nahar şirkət tərəfindən təmin olunur.Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi hrdepartment@zeytunpharma.az elektron ünvanına göndərin.
Xahiş olunur CV-nizi göndərdikdə “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd edəsiniz.