Direktor Assistenti
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. İnci Group of Companies Direktor Assistenti vəzifəsi üzrə vakansiya elan edir. İngilis və ya Rus dili biliyi olan namizədlərə üstünlük verilir.

Şirkət haqqında : 1995-cü ildə fəaliyyətə başlayan “İnci Group of Companies” MMC əsas fəaliyyətini satış və distributor şirkəti kimi davam etdirir. Topdan və pərakəndə satış üzrə şirkətin Bakı şəhəri və regionlarda dağıtım anbarları və satış komandaları vardır.

Vəzifənin adı : Direktor Assistenti

Namizədə dair tələblər:

  • Ali təhsilli, Xanım Namizədlər;
  • Yüksək not almaq qabiliyyəti və punktuallıq
  • Səliqəli xarici görünüş, nəzakətli danışıq , intizamlı və işinə qarşı məsuliyyətli olmalı
  • Azərbaycan, İngilis və ya Rus dilini səlis bilmək mütləqdir
  • Kompüter istifadə etmək bacarığı (Outlook, MS Word), MS Excel proqramını mükəmməl bilməli;
  • Güclü təşkilati bacarıqları, ünsiyyətcil və danışıq aparmaq bacarığı
  • Vəzifələrin icrası üçün çalışqan olmaq;
  • Komanda daxilində işləmək istəyi və bacarığı;
  • Çox sayda tapşırıqları idarə etmək (məktublaşma bacarığı) və təzyiq altında işləmək bacarığı;
  • Təşkilatın missiyasına sadiqlik;
  • Yaş : 25-38;

İş barədə məlumat:

  • Rəhbərin tapşırığı əsasında işlərin yönləndirilməsi və icrasına nəzarət
  • Kargüzarlıq, müqavilələrin hazırlanması və ofis daxili işlər
  • Görüşlərin təşkili
  • Direktorun gündəliyinin tutulması, İclasların təşkili və iclas protokolunun tərtib edilməsi
  • Email və telefon cavablandırılması
  • Rəhbərliyin digər göstərişlərinin cavablandırılması
  • Nahar şirkət tərəfində təmin olunur;
  • Iş qrafiki : 5 gün (09:00-18:00), 6-cı gün (09:00-15:00);
  • Iş yeri : Bakı şəhəri, Ulduz metrosu yaxınlığında;

Əmək haqqı müsahibə əsasında razılaşdırılacaq və əmək haqqının verilməsində heç bir halda gecikmə ola bilməz;

Müraciət etmək istəyən əməkdaşlardan CV formanızı – hr.inci@inci.az emailinə göndərməyiniz xahiş olunur. Mövzu (subject) yerinə vakansiya adı yazılmalıdır.

Oxşar vakansiya siyahısı:

Əməyin mühafizəsi üzrə mütəxəssis

Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Dəmir Yolları QSC

18.11.2024 -

Direktor assistenti

Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...

Mətanət A

14.11.2024 - Bakı

İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti

Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...

Xalq Bank

01.11.2024 - Bakı