Qısa məzmun
Ə/h razılaşma yolu ilə. ABSHERON Hotel Group LLC Mühəndislik üzrə Direktor (Mərkəzi) vəzifəsi üzrə vakansiya elan edir.
Fəaliyyət sahələri: Marriott Baku, Courtyard Marriott, Sheraton Baku, The Merchant Hotel, Dinamo Hotel.
Birbaşa Tabeçilik: Qrup üzrə Mühəndis direktoru
İşin Əhatə Dairəsi və Ümumi Məqsədi
Bütün otellərin Mühəndislik şöbələrinə dəstək olmaqla Mərkəzi Mühəndislik şöbəsinin səmərəli və qənaətcil şəkildə idarə edilməsini, tələb olunduqda bütün əməliyyat şöbələrinə xidmətin göstərilməsini, o cümlədən avadanlıqların, binanın və ərazinin optimal vəziyyətdə qorunub saxlanılmasını təmin etmək.
Əsas vəzifələr:
İdarəetmə
- Effektiv qeydiyyat sisteminin texniki təminatı daxil olmaqla, şöbənin administrasiyasının problemsiz fəaliyyəti üzrə cavabdeh olmaq.
- Şöbənin fəaliyyəti ilə əlaqədar bütün sənədlərin yenilənməsini, obyekt və onun sistemləri üçün müvafiq normalara uyğunluq sertifikatı və yerli orqanın təftiş hesabatları daxil olmaqla, bütün qeydlərin Transcendent proqram təminatında düzgün şəkildə saxlanılmasını təmin etmək.
- Bütün hesabatların hazırlanması və vaxtlı-vaxtında təqdim edilməsi üzrə cavabdeh olmaq.
- Texniki fəaliyyətlərin Texniki Strategiya ilə uyğun olmasını və tələb edilən fəaliyyətlərin müvafiq halda icra edilməsini təmin etmək.
- AHG Əməliyyat Standartları Təlimatlarını və Marriott Qlobal Standartlarını tam anlamaq, və uyğun şəkildə tətbiq etmək.
- Mütəmadi olaraq şöbə üzrə kommunikasiya iclasları keçirmək və şöbə üzrə brifinq və iclasların səmərəli olmasını və zəruri hallarda keçirilməsini təmin etmək.
- İl ərzində bir dəfə və ya ehtiyac olarsa iki dəfə, korporativ ofis tərəfindən audit təşkil etmək.
- Arzuolunan qiymətləndirməyə və xüsusiyyətlərin təkmilləşdirilməsinə nail olmaq üçün texniki audit nəticələrini düzəltmək.
Müştəri Xidməti
- Bütün işçilərin hər zaman brendin verdiyi vədləri icra etmələrini və müştərilərə yüksək səviyyədə xidmət göstərmələrini təmin etmək.
- İşçilərin müvafiq hallarda digər şöbələrdəki daxili müştərilərə də yüksək səviyyəli xidmət göstərmələrini təmin etmək.
- Bütün müştərilər və daxili müştərilərin şikayətləri və sorğularını nəzakətlə və səmərəli şəkildə dinləyərək daha sonra həmin problemlərin qənaətbəxş şəkildə həll edilməsini təmin etmək.
Maliyyə:
- Şöbənin iqtisadi cəhətdən səmərəli fəaliyyəti üzrə cavabdeh olmaq.
- İllik və yenidən işlənmiş texniki büdcələrin obyekt üzrə iş tələblərinə əsasən Maliyyə şöbəsinin rəhbəri ilə yaxın əməkdaşlıq çərçivəsində hazırlamaq.
- Bütün texniki büdcə xərclərinin dəqiq qeydlərinin aparmaq və onlara yaxından nəzarət etmək.
- Brendin müştərilərə verdiyi vədləri icra edilərkən əsas fəaliyyət göstəricilərinə əsasən xərclərin proaktiv şəkildə idarə etmək.
- Bütün invoysların işlənmədən və ödəniş tətbiq edilmədən öncə büdcəyə uyğun ayrılması və təsdiq üçün imzanması.
- Biznes fəaliyyəti üzrə maliyyə hədəfləri, habelə müştərilərin gözləntilərini qarşılamaq üçün bir neçə funksiyanın, bir neçə tapşırığın eyni anda icra edilməsi və sərbəst qrafikdən istifadə edilməsi ilə əməkdaşların fəaəliyyət məhsuldarlığını maksimal şəkildə artırmaq.
- Düzgün və dolğun proqnozlaşdırma prosesini asanlaşdırmaq üçün biznes fəaliyyətlərini strateji şəkildə təhlil etmək.
- Maliyyə qeydlərinin aparılması, çirkli pulların yuyulması və lisenziyalaşdırma ilə əlaqədar bütün otel, şirkət və yerli qanunlar, siyasətlər və prosedurların maliyyə məlumatlarına dair vaxtında və düzgün şəkildə hazırlanmış hesabatlara uyğun olmasını təmin etmək.
Əməliyyatlar:
- Bütün texniki personala öz vəzifələrini icra edərkən ciddi şəkildə nəzarət etmək, və zəruri olduqda vəzifə və öhdəliklər həvalə etmək.
- Mətbəx və camaşırxana da daxil olmaqla, sahənin Mühəndislik üzrə Direktoru ilə birlikdə oteldə bütün avadanlığın üçün hərtərəfli texniki-profilaktik proqramın hazırlanması və həyata keçirilməsi üçün Transcendent proqram təminatından tam istifadə etmək.
- Komanda üçün sonrakı işləri planlaşdırmaq, təyin etmək və yerinə yetirmək; və Transendent-də vəzifəni başa çatdırmaq və bağlamaq üçün nəticələr barədə məlumat vermək (Əlavə 1).
- İşçi qüvvəsi mənbələrini planlı işlərə və işlərin başa çatdırılması üçün tələb olunan iş saatları üzrə paylamaq.
- Xüsusi layihələri və kənar podratçıların işə cəlb edilməsini koordinasiya etmək, tələb edildikə onlara nəzarət etmək.
- Yaxşı təşkil edilmiş texniki anbar qurmaq və inventara ciddi şəkildə nəzarət etmək.
- Fəaliyyətlə bağlı potensial təkmilləşmələr barədə Qrup üzrə Mühəndis Direktoru məlumatlandırmaq.
- Ehtiyat hissələr və istehlak materiallarının ən qənaətli şəkildə satın alınması üçün Təchizat şöbəsi ilə birlikdə çalışmaq və hər avadanlıq üçün aydın və qısa satınalma sorğuları tərtib etmək.
- Təhlükəsizlik şöbəsi ilə birlikdə təhlükəsizlik və yanğından mühafizə üzrə otel personalı üçün təlim kursları keçmək.
- Obyekt, onun sistemləri və fəaliyyət prosedurlarının bütün tətbiq edilən yerli və milli normalara uyğun olmasını təmin etmək və əgər varsa normalara uyğun olmayan sahələr barədə Qrup üzrə Mühəndis Direktoru məlumatlandırmaq.
- Həddən artıq enerji sərf edən və yenisi ilə əvəz edilməsi tələb olunan avadanlıqlar barədə Qrup üzrə Mühəndis Direktoru məlumatlandırmaqla, bütün avadanlıqların enerji effektivliyini maksimal şəkildə artırmaq.
- Binanın maddi-texniki təminatı və qonaq otaqları və ümumi istifadə sahələrinin yenilənməsi üzrə cavabdeh olmaq.
- AHG uyğun olaraq mütəmadi olaraq planlaşdırılmış qonaq otağı xidmət proqramı hazırlamaq.
- Yol səthləri daxil olmaqla, bağların və zəminlərin qorunub saxlanılmasına nəzarət etmək.
- Şirkətin bütün təhlükəsizlik prosedurlarının icra edilməsi üzrə cavabdehlik.
- Texniki işçilərin sərbəst qrafikdə bir-birinə dəstək verərək digər şöbələrlə birlikdə işləməsini təmin etmək.
Personal:
- Bütün texniki işçilərin işə cəlb edilməsi və seçilməsi prosesinə nəzarət etmək və yardımçı olmaq.
- Bütün texniki işçilərin punktuallığı və zahiri görünüşünə nəzarət etmək, onların müvafiq uniformada olmalarını təmin etmək, otel və şöbələrin şəxsi baxım standartlarına əsasən xarici görünüş və gigiyenaya xüsusi diqqət yetirmək.
- İşçilərin bilik və bacarıqlarını müvafiq təlimlərlə inkişaf etdirməklə onların fəaliyyət səmərəliliyini maksimal şəkildə artırmaq.
- İşçilərlə fəaliyyətin inkişafı üzrə illik müzakirələr aparmaq və onlara peşəkar inkişaf hədəflərinə çatmaları üçün dəstək olmaq.
- İşçiləri yaradıcı və yenilikçi olmaq üçün motivasiya etmək, onları fəaliyyətlərin uğurlu olmasına töhvə vermələri üçün təşviq etmək.
- Bütün işçilərin onlara aid qayda və prosedurları tam şəkildə anlamalarını və onlara əməl etmələrini təmin etmək.
- İşçilərin yanğından mühafizə, təhlükəsizlik və mühafizə ilə əlaqədar bütün otel, şirkət və yerli qaydalar, siyasətlər və prosedurlara əməl etmələrini təmin etmək.
- İşçilərin iştirakı barədə sorğunun nəticələrinə dair rəy bildirmək və müvafiq tədbirlərin görülməsini və həyata keçirilməsini təmin etmək.
Digər Vəzifələr:
- Rəqib otellərin və digər təşkilatların müvafiq nümayəndələri ilə qurulmuş güclü, işgüzar əlaqələri qoruyub saxlamaq.
- Texniki funksiyalarla əlaqədar sektor, şirkət və otel tərəfindən müəyyən edilmiş dəyişikliklərə reaksiya vermək.
- Tələb edildiyi halda və vaxtda təlim və iclaslarda iştirak etmək.
- Həvalə edildiyi halda hər hansı digər məqbul vəzifə və öhdəlikləri icra etmək.
Texniki Təhlükəsizlik və Əməyin Mühafizəsi (TTƏM) üzrə Öhdəliklər:
- TTƏM siyasətləri və proseduralarından xəbərdar olmaq və bütün proseduraların təhlükəsiz və TTƏM prinsipləri çərçivəsində keçirilməsini təmin etmək.
- Ehtiyatlılığa riayət etmə öhdəliyindən xəbərdar olmaq və texniki təhlükəsizlik və əməyin mühafizəsi qanunvericiliyinə, siyasətlərinə və proseduralarına riayət etmək.
- Əmlak təhlükəsizliyi, ilkin yardım və yanğın və fövqəladə hal proseduraları ilə tanış olmaq və avadanlığın təhlükəsiz və düşüncəli tərzdə istismar etmək.
- Təhlükəli vəziyyətin aradan qaldırılması üçün tədbir görmək və supervayzerlərə/nəzarətçilərə potensial təhlükələr haqqında məlumat vermək.
Digər Öhdəliklər:
- Vaxtında işdə olmaq və gecikməyə yol verməmək.
- Hər zaman müvafiq uniformanın geyilməsi və fərdi ad nişanının taxılması kimi öhdəlikləri yerinə yetirmək.
- Xarici görünüş və gigiyena ilə bağlı ən yüksək standartları təmin etmək və otelin, habelə şöbənin şəxsi qulluq standartlarına riayət etmək.
- Həmkarlar və bütün digər şöbələrlə normal iş münasibətlərini qoruyub saxlamaq.
- Otelin müəyyən edilmiş daxili qayda və təlimatları, xüsusən də yanğınsöndürmə, gigiyena, sağlamlıq və texniki təhlükəsizliklə bağlı siyasət və prosedurlarını başa düşmək və onlara ciddi riayət etmək.
- Otelin ehtiyaclarına müvafiq olaraq tələb olunduqda, şöbədə hər hansı dəyişikliklərə reaksiya vermək.
- Tələb olunduqda, təlim sessiyaları və toplantılarda iştirak etmək.
- Təyin edilmiş digər müvafiq vəzifə və öhdəlikləri yerinə yetirmək.
- Otelin dəyərlərini nümayiş etdirmək və möhkəmləndirmək.
- Mövsüm otelində olarkən Qrup üzrə Mühəndis Direktoru ilə razılaşdırılmış tezliyə və razılaşmalara əsasən otelləri mütəmadi olaraq ziyarət etmək.
Oxşar vakansiya siyahısı:
Mətanət A Baş mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi ) vəzifəsi üzrə vakansiya elan edir. ...
CONCO Engeneering Texniki şöbənin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Property Management Memarlıq üzrə təcrübəçi üzrə vakansiya elan edir. ...
Aznet technologies QSC Laçın ərazisi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...