Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Mirlex MMC Direktor müavini vəzifəsi üzrə vakansiya elan edir. Eyni sahədə ən az 3 il iş təcrübəsi olmalıdır.
ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
- İstixananın fəaliyyət istiqamətini müəyyən edir və xarici bazarlara mal çıxarılması məsələlərin müzakirəsində iştirak edir;
- İstixananın məhsuldarlığının artırılması üçün təkliflər verir;
- İstixananın Maliyyə, Təchizat, İnsan Resursları və digər bölmələrin fəaliyyətinə nəzarət edir;
- Nəzarət etdiyi struktur bölmələrinin işini və onların bir-biri ilə səmərəli qarşılıqlı münasibətini təşkil edir.
- Onların işinin yüksək inkişafı və təkmilləşdirilməsi sahəsində fəaliyyətlərini istiqamətləndirir;
- İstixananın fəaliyyətində riskləri müəyyən edir və müvafiq təkliflər verir.
ƏSAS TƏLƏBLƏR:
- Ali təhsil (Biznesin idarə olunması, Ümumi İqtisadiyyat və digər aidiyyəti sahələr üzrə)
- Rəhbər vəzifədə minimum 5 illik iş təcrübəsi
- Maliyyə sahəsi üzrə yüksək səviyyədə biliklər
- Kənd təsərrüfatı sahəsində rəhbərlik təcrübəsi arzu olunandır
- Rus və ingilis dilində səlis danışıq bacarığı əlavə üstünlük hesab ediləcək
İŞ ŞƏRAİTİ:
- İstixana kompleksi Zirə qəsəbəsində yerləşir
- Nahar Şirkət tərəfindən təmin edilir
- Yanacaq xərcləri şirkət tərəfindən təmin olunur
- İş qrafiki: həftəiçi 5 gün, saat 08:00-dan 17:00-dək
Vakansiyaya müraciət üçün CV-nizi mövzu hissəsində “Direktor müavini” qeyd edərək hr@mirlex.az e-mail ünvanına göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Əməyin mühafizəsi üzrə mütəxəssis
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Direktor assistenti
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...