Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Sumgait Technologies Park LLC Sistem inzibatçısı, İnformasiya Texnologiyaları Departamenti vəzifəsi üzrə vakansiya elan edir.
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
- Şəbəkə proqramlarının serverlərdə və iş stansiyalarında quraşdırılması;
- Serverlərdə və şəbəkə avadanlıqlarında sistemin tənzimlənməsi;
- Fayl serverlərində, verilənlər bazası idarəetmə sistemlərinin və iş stansiyalarında proqram təminatının inteqrasiyasını təmin etmək;
- Sistemdəki nasazlıqların və pozuntuların səbəblərini təhlil etmək, onların aradan qaldırılması, qarşısının alınması və bərpası;
- İstifadə olunan proqram məhsullarının keyfiyyətini və etibarlılığını artırmaq üçün təkliflər hazırlamaq;
- İstifadəçi hesabları və elektron poçt ünvanlarının yaradılması;
- İdentifikator və şifrə siyasətini təyin etmək;
- İstifadəçilərə şəbəkədən istifadə etməyi, arxiv idarəçiliyini öyrətmək; şəbəkə ilə əlaqəli istifadəçi suallarına cavab vermək; şəbəkə proqramı ilə işləmək üçün təlimat tərtib etmək və istifadəçilərin diqqətinə çatdırmaq;
- İnternet resurslarının istifadəsinə nəzarət etmək;
- Xarici, daxili, beynəlxalq rabitə və internet çıxışlarını təmin etmək və fəaliyyətinə nəzarət etmək;
- İstifadəçilər üçün məhdudiyyəti qurmaq: serverlər və digər resurslar üçün;
- Məlumatların (bazaların), serverlərin, şəbəkə avadanlıqlarının surəti və ehtiyat nüsxəsini təmin etmək;
- İnformasiya sisteminin dayanıqlığını artırmaq üçün təkliflər hazırlayır, müəssisənin informasiya infrastrukturunun və informasiya xidmətlərinin inkişafı strategiyasının hazırlanmasında iştirak edir;
- İstifadəçilərin və şəbəkə proqramlarının səhvlərini aşkar edir və sistemi bərpa edir;
- Şəbəkəyə nəzarət etmək, şəbəkə infrastrukturunun inkişafı üçün təkliflər hazırlamaq;
- Şəbəkə təhlükəsizliyini (məlumatlara icazəsiz daxil olmaqdan, system faylları və məlumatların görünməsindən və ya dəyişdirilməsindən qorunması) və işləmə təhlükəsizliyini təmin etmək;
- Şəbəkə və server avadanlıqlarının modernləşdirilməsi və alınması üçün təkliflər hazırlamaq;
- Məlumat sistemi komponenetlərinin (əməliyyat sistemi, antivirus qorunması, firewall, proqram paketləri, yeniləmə, alt sistemləri və s.) səmərəli və fasiləsiz işləməsini təmin etmək;
- Şəbəkənin, serverlərin və iş stansiyalarının antivirus ilə qorunmasını həyata keçirmək;
- Telefoniya sisteminə nəzarət etmək və yaranan problemlərə qarşı lazımi tədbirlər görmək.
Nə əldə edəcəksiniz ?
- Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
- Adekvat əmək haqqı;
- Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi;
- Davamlı karyera imkanı.
Əlavə məlumatlar :
- Əmək haqqı razılaşma əsasında;
- Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə;
- İş vaxtı: Bazar ertəsi – Cümə, 09:00 – 18:00, 5 günlük iş həftəsi;
- İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Sistem İnzibatçısı” yazaraq cv@stp.az ünvanına göndərilməsi xahiş olunur
Oxşar vakansiya siyahısı:
https://qlor.me/m7byl3sgdk Təsvir Ensure the bank’s information security; Regularly check and evaluate networks and systems to identify security vulnerabilities; M ...
İnci Group of Companies Helpdesk vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə kiçik mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Yelo Bank ASC Korporativ idarəetmə üzrə kiçik mütəxəssis / mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Aztelekom MMC QA Manager vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC Aparıcı proqramçı (PL/SQL üzrə) vəzifəsinə işə qəbul elan edir. ...
Xalq Bank Proqramlaşdırma İdarəsinin İnterfeyslərin tətbiqi şöbəsinin mütəxəssisi (Frontend developer) vəzifəsi üzrə vakansiya elan edir. ...