Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Azərşəkər LLC Kiçik hüquq məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir. Rus dili və İngilis dili arzu olunandır.
Əsas vəzifə və öhdəlikləri:
- Şirkətin daxili normativ sənədlərin hazırlanmasında hüquqi yardım göstərilməsi;
- Müqavilələrinin, əmrlərin, sərəncamların tərtib edilməsi, hüquqi ekspertizası, rəy verilməsi;
- Lokal müqavilələrin tərtibi, ilkin versiyalarının hazırlanması, hüquqi ekspertizası;
- Şirkət işçiləri ilə müxtəlif hüquqi məsələlər üzrə yazılı və şifahi məsləhətləşmənin aparılması;
- Müvafiq dövlət orqanları və idarə(təşkilatlara) rəsmi müraciətlər, məktubların tərtibi və müvafiq məsələ üzrə hüquqi rəy verilməsi;
- Müqavilələrin qeydiyyatının aparılması və arxivləşdirilməsi;
- Müqavilələrin vaxtında yenilənməsi
- Hüquq şöbəsinə daxil olan və çıxan sənədlərin, işlərin uçotunu aparmaq.
- Lazımi hesabatların hazırlanması
- Rəhbərlik tərəfindən verilən tapşırıqların tam və vaxtında icrasının təmin edilməsi.
Namizədə aid tələblər:
- 22-30 yaş arasında;
- Hüquq sahəsi üzrə bakalavr dərəcəsi;
- Azərbaycan dili (mükəmməl), Rus dili və İngilis dili arzu olunandır;
- Hüquq sahəsində 1 ildən az olmayaraq iş təcrübəsi;
- Azərbaycan Respublikasının qanunvericiliyi haqqında ümumi biliklər;
- Microsoft Office proqramları (Excel, Word, PowerPoint) üzrə biliklər;
- Hüquqi nitq və peşəkar yazışma qabiliyyəti;
- Məsuliyyət, dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti;
- Ünsiyyətqurma və komandada işləmək bacarığı;
- Vaxtın idarə edilməsi və proaktiv düşüncə.
Əlavə məlumat:
- İş qrafiki: həftənin 5 günü, saat 09:00-dan 18:00-dək
- İşçi tibbi sığorta və korporativ nömrə ilə təmin edilir
- Ünvan: Zərifə Əliyeva küç.93, BEGOC Biznes Mərkəzi
Maraqlanan şəxslər öz CV formalarını “Kiçik hüquq məsləhətçisi” başlığı ilə hr@azsf.az elektron poçt ünvanına göndərə bilərlər.