Qısa məzmun
Ə/h razılaşma yolu ilə. ARIS MMC Kiçik Linux Administratoru vəzifəsi üzrə vakansiya elan edir. Kotlin üzrə biliklər arzu olunandır.
“ARİS” Məhdud Məsuliyyətli Cəmiyyəti aparıcı texniki dəstək şirkəti olaraq Məlumat mərkəzlərinə, Hosting şirkətlərinə və İSP ‘lərə xarici texniki dəstək xidmətlərini, serverlərin idarə edilməsini, serverlərin təhlükəsizliyi və kənardan idarə edilməsini təmin edir.
Şirkətimiz namizədləri “Kiçik Linux Administratoru” vəzifəsi üzrə müraciət etməyə dəvət edir.
Başlıca öhdəliklər və məsuliyyətlər:
- Linux-a əsaslanan server infrastrukturuna dəstək və onun idarə edilməsi;
- Şirkətin web/app serverlərinin quraşdırılması və müşayiəti;
- IT sistem nasazlıqlarının qarşısının alınması və problemlərin həll edilməsi;
- İstehsalçılarla (DevOps) qarşılıqlı əlaqədə olmaq;
- Birgə tapşırıqlar üzərində komandada çalışmaq;
- Yeni servisləri fərqli tapşırıqlar əsasında təkminləşdirmək;
- Şəbəkə və serverlərin informasiya təhlükəsizliyinin Əməliyyat Sistemi səviyyəsində təmin edilməsi.
Namizədin profili:
- Ali təhsil (tətbiqi riyaziyyat/kompyuter elmləri sahəsində)
- İngilis dilbiliyi mütləqdir;
- RHСSA üzrə biliklər;
- HTTP-serverlərin idarəsi (Nginx, Apache + php, Tomcat);
- Relational və non-relational baza sistemlərin ilkin səviyyədə qurulması və ilkin dəstəyin göstərilməsi (Redis DB + Sentinel, mongodb, mysql, postgresql);
- Administrator səviyyəsində Red Hat, Ubuntu Server əməliyyat sistemləri ilə çalışma bacarığı;
- GlassFish və Tomcat web-servisləri ilə praktiki iş təcrübəsinə malik olmaq;
- Linux server əməliyyat sistemlərinin işində baş verə biləcək hadisələrin diaqnostikası və onların aradan qaldırılması üzrə iş təcrübəsi;
- Linux server əməliyyat sistemlərini yüksək yüklənmələr altında istismar edilməsinin quraşdırılması üzrə iş təcrübəsi;
- Server skriptlərinin (Python və ya Bash) yazılması üzrə ilkin təsəvvür;
- VMWare əsaslı virtual maşınların idarə olunması;
- Tapşırıqların texniki həllinə analitik yanaşmaq;
- Tapşırıqları müstəqil şəkildə yerinə yetirmək bacarığı;
- Əsas şəbəkə protokollarının prinsiplərini anlamaq;
- Monitoring alətlərdən istifadə etmək bacarığı (Zabbix, OP Manager);
- Çətin və qeyri-adi tapşırıqları həll etməyə hazırlıqlı olmaq.
Namizədlərdən öz CV-lərini “Kiçik Linux Administratoru” başlığı altında hr@aris.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
https://qlor.me/m7byl3sgdk Təsvir Ensure the bank’s information security; Regularly check and evaluate networks and systems to identify security vulnerabilities; M ...
İnci Group of Companies Helpdesk vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə kiçik mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Yelo Bank ASC Korporativ idarəetmə üzrə kiçik mütəxəssis / mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Aztelekom MMC QA Manager vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC Aparıcı proqramçı (PL/SQL üzrə) vəzifəsinə işə qəbul elan edir. ...
Xalq Bank Proqramlaşdırma İdarəsinin İnterfeyslərin tətbiqi şöbəsinin mütəxəssisi (Frontend developer) vəzifəsi üzrə vakansiya elan edir. ...