İnzibati Köməkçi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. FINCA Azerbaijan LLC İnzibati Köməkçi vəzifəsi üzrə vakansiya elan edir. İşində düzgünlüyə və təfərrüatlara diqqət yetirməlidir.

“FINCA Impact Finance” Afrika, Avrasiya, Latın Amerikası və Orta Şərqin Azərbaycan da daxil olmaqla 20 ölkəsində fəaliyyət göstərən törəmə şirkətləri vasitəsilə bir milyondan çox müştəriyə maliyyə xidməti göstərən aparıcı qlobal mikromaliyyə şəbəkələrindən biridir.

Hal-hazırda “FİNCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı GƏNCƏ FİLİALI üçün İNZİBATİ KÖMƏKÇİ vəzifəsinə işçi axtarışı elan edir.

“FINCA-Azerbaijan” maliyyə xidmətləri sahəsində rəqabətədavamlı kompensasiya paketi, geniş iş imkanları və peşəkar iş mühiti təklif edir.

ƏSAS ÖHDƏLİKLƏR:

  • İnzibati rəhbərin və təyinatı xətti rəhbərin rəhbərliyi altında təyinati idarənin/ofisin problemsiz işləməsini təmin etmək üçün məsuldur;
  • Ofisə gələn şəxslərin qəbul edilmiş prosedurlara uyğun şəkildə düzgün qaydada qarşılanmasını və onlara diqqət göstərilməsini təmin edəcəkdir;
  • İşçi heyətini ofis avadanlıqları, təchizatı, kommunikasiya və digər vasitələrlə təmin edəcəkdir;
  • Kredit üçün müraciət edənləri müvafiq əməkdaşlara yönləndirilməsini təşkil edəcəkdir.
  • Filiallarda imzalanıb, elektronlaşdırılmış (skan) edilmiş kredit müqavilələrinin təşkilatın təlimat tələblərinə uyğun olaraq zırlanıb, baş ofisə göndərilməsini təmin etmək.
  • Fiziki sənədlərin tam olaraq toplanmasını təşkil etmək, yaranmış çatışmamazlıqlar ilə bağlı icraçını məlumatlandırıb, sənədlərin fiziki olaraq tamlığını təşkil etmək
  • Ofisin təhlükəsizlik işlərinin təşkilinə nəzarət etmək və qoyulmuş təhlükəsizlik protokollarına əməl edilməsini təmin etmək;
  • Tələb olunduqda təyinati FINCA Azerbaijan ofisinə gələn və ya oradan gedən heyət üzvləri və ya qonaqlar üşün logistik işlərin təşkilini həyata keçirmək;
  • Lazım olduqda, gündəlik iş prosesində İnzibati və ya xətti rəhbər tərəfindən tapşırılan digər inzibati tapşırıqları yerinə yetirmək.

Tələb olunan bilik və bacarıqlar:

  • Ali təhsil
  • Microsoft ofis proqramları üzrə bilik (word və excel) və çap etmə bacarığı
  • Xidmət yönümlü – Aktiv şəkildə insanlara köməklik göstərməyə səy göstərmək
  • Yüksək şifahi ünsiyyət- məlumatları effektiv şəkildə çatdırmaq üçün digərləri ilə danışmaq bacarığı
  • Əlaqələndirmə – fəaliyyətləri digərlərinin fəaliyyətləri ilə uyğunlaşdırmaq
  • Filialdaxili şəxslərarası ünsiyyəti qurmaq və qoruyub saxlamaq
  • İşində düzgünlüyə və təfərrüatlara diqqət yetirmək

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 10 yanvar 2021-ci il tarixdən gec olmamaq şərtilə recruitment@fincaazerbaijan.com electron ünvanına Subject/Mövzu hissəsində İnzibati Köməkçi (Naxçıvan filialı) qeyd etməklə göndərə bilərsiniz.

QEYD: Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiya siyahısı:

Əməyin mühafizəsi üzrə mütəxəssis

Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Azərbaycan Dəmir Yolları QSC

18.11.2024 -

Direktor assistenti

Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...

Mətanət A

14.11.2024 - Bakı

İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib – referenti

Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...

Xalq Bank

01.11.2024 - Bakı