Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Baku Disinfection Center Korporativ Satış Meneceri vəzifəsi üzrə vakansiya elan edir. Biznes danışıqları aparmaq bacarmalıdır.
BAKUDEZ GROUP “Korporativ Satış Meneceri” üzrə vakansiya elan edir.
2019-cu ildə yaradılmış BAKUDEZ GROUP-a dezinfeksiya, dezinseksiya, deratizasiya, təmizlik (cleaning) və hovuzların təmizlənməsi, habelə dezinfeksiyaedici vasitələrin və təmizlik vasitələrinin satışı ilə məşğul olan 4 şirkət daxildir.
BAKUDEZ GROUP-a daxil olan şirkətlər lisenziya (icazə) tələb olunan fəaliyyət növlərinin həyata keçirilməsi ilə bağlı müvafiq lisenziyaya (icazəyə) malik olmaqla yanaşı, beynəlxalq sertifikasiyadan da (ISO 9001:2015 standartı, ISO 14001 sertifikatı, ISO 45001:2018 sertifikatı) uğurla keçmişdir.
Şirkət haqqında daha ətraflı məlumatı şirkətin rəsmi internet saytı (www.bakudez.az), habelə instagram və facebook (bakudez.az) səhifələrindən əldə edə bilərsiniz.
İş barədə tələblər:
- Yeni müştərilərin axtarışı, potensial korporativ müştərilərin cəlb edilməsi, müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə işgüzar əlaqələrin qurulması;
- Potensial müştərilərin müəyyənləşdirilməsi və əlaqələrin yaradılması, mövcud korporativ müştərilərlə əlaqələrin möhkəmləndirilməsi sahəsində işlərin aparılması;
- B2B layihələrin yerinə yetirilməsi;
- İşgüzar və korporativ danışıqların aparılması;
- Təqdimatların hazırlanması;
- Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
- Yeni və mövcud layihələr üzrə satış strategiyasının hazırlanması, planların və layihələrin işlənilməsi və həyata keçirilməsi;
- Satışın yüksək səviyyədə həyata keçirilməsi və satış dövriyyəsinin yüksəldilməsi;
- Gündəlik, həftəlik, aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
- Korporativ satış planının hazırlanması və yerinə yetirilməsi;
- Şirkətin göstərdiyi xidmətlərin və satdığı məhsulların tanıdılması.
- Əməkhaqqı yüksəkdir (sabit məbləğ + bonus). Rəsmiləşmə əmək qanunvericiliyinə uyğun olaraq aparılacaqdır. İşçilər üçün hər cür zəruri şərait yaradılacaq, işçilər korporativ mobil nömrə ilə təmin olunacaq, iş görüşləri ilə bağlı bütün nəqliyyat xərcləri ödəniləcəkdir. Karyera və inkişaf perspektivləri yüksəkdir.
Namizədə dair tələblər:
- Ali və ya orta ixtisas təhsili;
- İş təcrübəsi: Korporativ, B2B satış sahəsində 3 illik iş təcrübəsinin olması (xidmət sektorunda, tibb sahəsində satış təcrübəsi olanlara, bank, sığorta və turizm (otelçilik) sahələrində əlaqələrə malik olanlara üstünlük verilir);
- Yaş həddi: 20 yaşdan yuxarı xanımlar və bəylər;
- Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilməli (ingilis dilini bilənlərə üstünlük verilir);
- Kompüter biliklərinə malik olmalıdır ( Excel, Word, Power Point, Outlook);
- Məsuliyyətli və güclü analitik olmalıdır;
- Ünsiyyətcil və geniş əlaqələrə mail olmalıdır (müştəri portfelinə malik olanlara üstünlük veriləcəkdir);
- Korporativ satış sahəsində nəzəri və praktiki biliklərin texnikalarını bilməlidir;
- Müştəriyönümlü satış etmək bacarığı olmalıdır;
- Liderlik keyfiyyətlərinə malik olmalıdır;
- Korporativ idarəetmənin prinsiplərini bilməlidir;
- Ezamiyyətlərə getmə məhdudiyyəti olmamalıdır.
CV-lərinizi hr_bakudez@mail.ru ünvanına “Satış meneceri” başlığı ilə göndərməyiniz və məktubda minimum əməkhaqqı tələbiniz barədə məlumat verməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Kontakt Home Onlayn sifariş üzrə məsləhətçi (Sosial media kanallarından)vəzifəsi üzrə vakansiya elan edir. ...
Abşeron-Şərab ASC Merçendayzer vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group of Companies Korporativ Satış Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeta Group “Satış Məsləhətçisi” vəzifəsi üzrə vakansiya elan edir ...
Çinici şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya üzrə şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Matanat A şirkəti Satış koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
"Smile Tour" MMC promoter ( satış təmsilçisi) vəzifəsi üzrə vakansiya elan edir. ...