Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Azersun Holding Brend Menecer (Qəhvə Kateqoriyası) vəzifəsi üzrə vakansiya elan edir. Rus dili və İngilis dili biliyi arzu olunandır.
Tələblər:
- Marketinq sahəsi üzrə ali təhsilli olmalı;
- Müvafiq sahədə ən az 5-7 illik iş təcrübəsi olmalı;
- Rus və İngilis dillərini yüksək səviyyədə bilməli;
- MS office proqramlarını bilməli;
- Marketinq sahəsi ilə əlaqədər sertifikatların olması üstünlükdür;
- Rəqib markalar və kateqoriyaların inkişaf trendlərini izləməyi bacarmalı, iqtisadi vəziyyətə görə analizetmə, daxili bazara təsir edə bləcək təhlilləri verəbilmə bacarığına sahib olmalı;
- İçki kateqoriyası (xüsusilə qəhvə) üzrə təcrübəsi olan namizədlərə üstünlükdür veriləcəkdir.
İş haqqında:
- İllik satış və marketing büdcələrinin hazırlanmasında iştirak edir;
- Təsdiqlənən illik fəaliyyət planı çərçivəsində üzərinə düşən çalışmaları icra edir;
- Hədəf qrupunun (target group) xüsusiyyətlərini araşdırır, onların satınalma davranışlarını izləyir, yeni istehlakçı sinfinin yaradılması istiqamətində təkliflər hazırlayır;
- Bazar payı, satış kanallarındakı penetrasiya, bölgələrdəki satış fərqləri , mediada məhsulun və rəqiblərinin hərəkətləri sahəsində davamlı araşdırmalar aparır;
- Bazar seqmentlərinə görə mövcud məhsulların qiymətinin dəyişdirilməsi, rəqib aktivliyinə görə yeni qiymət strategiyasının formalaşması, habelə yeni istehsal edilərək təqdim olunacaq məhsullara qiymət təkliflərini verir;
- Yeni məhsul konseptləri hazırlamaq, bazar araşdırması vasitəsilə bu konseptlərin istehlakçı tərəfindən bəyənilib-bəyənilməməsini sınaqdan keçirir;
- Məhsulun qablaşdırılması, reklam, çap materialları, promosyonların hazırlanmasını təmin edir, bunların məhsul strategiyasına və marka bütünlüyünə uyğun şəkildə aparılmasına nəzarət edir;
- Reklam (TV, açıq hava, radio, mətbuat) briflərini, POP materiallarını, satış promo materialların ilkin variantlarını hazırlayır və işin gedişatına nəzarət edir
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@azersun.com elektron ünvanına “Brend Menecer (Qəhvə) “ başlığı ilə göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
500 — 601 ₼
SMM mütəxəssisKepro Estetik Klinika SMM mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Aparıcı Rəqəmsal Analitika Mütəxəssisi (Senior Digital Analytics Specialist)
Azərbaycan Hava Yolları QSC Aparıcı Rəqəmsal Analitika Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
1200 — 1500 ₼
Məhsul üzrə menecerKontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
1000₼
Sosial Media MütəxəssisiRam Solutions MMC Sosial Media Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edur. ...