Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Sinteks Group of Companies İnsan Resursları üzrə kiçik Administrator vəzifəsi üzrə vakansiya elan edir. Əmək Məcəlləsi üzrə sertifikat üstünlükür.
1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir.
Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev eşyaları mağazalarını və 10-a yaxın kofeteriya filialını idarə edir. Lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.
Sinteks Şirkətlər qrupuna hal hazırda İnsan Resursları üzrə kiçik Administrator tələb olunur.
İşin rolu:
İşin rolu İnsan Resursları üzrə sənədləşmənin Əmək Məcəlləsinə uyğun və zamanında aparılmasına cavabdehdir.
Vəzifə öhdəlikləri:
- Insan Resurslarının proses və prosedurları çərçivəsində sənədləşməni icra etmək
- Elektron Hökümət Portalında lazımi qeydiyyatlar aparmaq
- Əmək kitabçalarını və SSN kartlarını sifariş etmək
- İşçilərin icbari sığortalanmasını təşkil etmək
Əsas tələblər:
- İxtisas / Təhsil:
- Biznes İdarəetməsi, İnsan Resursları İdarəetməsi və ya əlaqəli sahələrdə ali təhsil
- Əmək Məcəlləsi üzrə sertifikat arzuolunandır
- Təcrübə:
- İnsan resursları və ya müvafiq sahədə təcrübə arzuolunandır
- Professional biliklər:
- Azərbaycan dili mükəmməl, Rus dili yaxşı, İngilis dili arzuolnandır
- MS Office Proqramlarını mükəmməl bilmək
- Əmək Məcəlləsi və Qanunvericiliyinin əsasları üzrə ilkin biliklər
- Professional bacarıq və kompetensiyalar:
- Ünsiyyət bacarıqları
- Stressə davamlılıq
- Detallara diqqət
- Nəticə yönümlülük
- Məsuliyyət
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini recruitment@ssi.az e-mailına, mövzu hissəsində “Junior HR Admininstartor” qeyd edib göndərilməsi xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...