Qısa məzmun
Müasir tipli Peşə Təhsili Mərkəzi Tədris prosesinin təşkili üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Təlim – tədris cədvəllərinin, auditor və laborator təlimlərin (nəzəri və praktiki) təşkili cədvəllərinin hazırlanması;
- Həftəlik, aylıq və illik tədris proqramlarının hazırlanması;
- Tədrisin icrasına nəzarət işinin təşkil olunması;
- Tədris prosesinin təşkili ilə bağlı öhdəliklərin, təhsil alan və təhsil verənlər ilə tədris cədvəllərinin hazırlanması, müvafiq zamanların uyğunlaşdırılması prosesinin təşkil olunmas;
- Tədrisə zəruri olan avadanlıqların, vəsaitlərin, pre-rekvizitlərin hazırlanması prosesinin təmin edilməsi;
- Mərkəzdə tədris prosesinin təşkil olunması;
- Dərslərdə davamiyyət məsələlərinin qeydiyyatını aparır;
- Mərkəzdə fəaliyyət göstərən kənar təlimçilərin fəaliyyətini kordinasiya edir;
- Mərkəzdə tədris olunan fəaliyyət sahələri üzrə müvafiq təlimçilərdən ibarət baza formalaşdırır;
- Təlimçilərin Mərkəzdə dərs qrafikləri üzrə təlim prosedurlarında iştiraklarını təmin edir;
- Tədris prosesinda tələbələrin qiymətləndirmələrini həyata keçirir;
Bilməlidir:
- Azərbaycan Respublikasının qanunlarını;
- Müvafiq sahə üzrə beynəlxalq standartları;
- Tədrisin təşkili ilə bağlı Nazirlər Kabineti və Mərkəzi icra hakimiyyəti orqanlarının müvafiq qərarları və qaydalarını;
- Əməyin təşkilinin əsaslarını;
- Daxili əmək intizamı qaydalarını;
- Əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını
Tələblər:
- Ali təhsil, müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi
- Ms Office proqramında yüksək səviyyədə işləmək bacarığının olması;
- Azərbaycan dili mükəmməl, İngilis dili və rus dilini orta üst səviyyədə bilməlidir.
Əmək şəraiti:
- İş saatları: 1-5 günlər saat 09:00-18:00
- Əmək qanunvericiliyinin bütün tələblərinin icrası
- Əmək haqqı 1 300 (Bir min üç yüz) manat
Maraqlı olanlar CV-ni “Tədris prosesinin təşkili üzrə mütəxəssis” başlığı ilə office@universitasinternational.com ünvanına göndərə bilər.
Oxşar vakansiya siyahısı:
History teacher
Təsvir Excellent subject and curriculum knowledge. Excellent planning and teaching well structured lessons. Resource-based teaching / collecting and organizing subject r ...