Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Abşeron Logistika Mərkəzi Təcrübə proqramı üzrə vakansiya elan edir. Əmək qanunvericiliyinin tələblərinə əməl etməlidir.
Sizə nə təklif edirik?
- Regiounun ən böyük logistik mərkəzində, peşəkarların əhatəsində təcrübə keçmək və çalışmaq imkanı;
- Yüksək komanda ruhunda əməkdaşlıq;
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirərək karyera qurmaq imkanları;
- Fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək üçün əlverişli mühit;
- Satış sahəsində bilik və bacarıqlara yiyələnərək gələcək kariyeranızda böyük nailiyyətlər əldə etmək imkanı;
- Abşeron Logistika Mərkəzinin peşəkar komandasının bir üzvü olmaq şansı.
Peşəkar komandamıza qoşulmaq üçün nələr lazımdır?
- Ali təhsil;
- Azərbaycan dili əla səviyyədə, İngilis və Rus dili arzuolunandır;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə, inandırma və satış bacarıqları;
- Gülərüzlülük, səliqəlilik və xoş görkəm;
- Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
- Aktiv, məsuliyyətli və nəticəyə işləmək bacarığı;
- Yüksək araşdırma və tədqiqat bacarığı;
- Davamlı olaraq nəticələr əldə etmək və şirkətlə birlikdə böyümək arzusu;
- Yeni bilik və bacarıqlara yiyələnmək həvəsi, təşəbbüskarlıq;
- Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə çevik uyğunlaşmaq bacarığı.
Təcrübə Proqramı hansı fəaliyyətləri əhatə edəcək?
- Cari müştərilərə xidmətin göstərilməsi;
- Yeni müştərilərin axtarışı və cəlb edilməsi;
- PR və promo aksiyalarda iştirak;
- Bazarın araşdırılması, mövcud rəqiblərin təqib və analiz edilməsi;
- Görüş və təqdimatların təşkili;
- Müştərilər ilə uzunmüddətli əlaqələrin qurulması;
- Müştəri məmnuniyyətinin və xidmət keyfiyyətinin ölçülməsi;
- Dövri hesabatların hazırlanması və təqdim edilməsi.
Peşəkar komandamıza qoşulmaq və karyeranızın inkişafına gedən yolda bizimlə birlikdə irəliləmək istəyirsinizsə CV-nizi 15 fevral 2021-ci il tarixinədək hr@absheronport.az ünvanına, mövzu hissəsində “Təcrübə proqramı” yazmaqla göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Azərbaycan Dəmir Yolları Əməyin mühafizəsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Direktor assistenti vəzifəsi üzrə vakansiyasını elan edir ...
Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Katibliyinin / Bakı filiallarının katib - referentivəzifəsi üzrə vakansiya elan edir. ...