Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Qala Group Dizayner vəzifəsi üzrə vakansiya elan edir. Əllə eskizləri çəkmək bacarığı olmalıdır.
İş qrafiki: 09:00 – 18:00
İş yeri: Bakı şəhəri
Vəzifə öhdəlikləri:
- Obyektlərin ölçülərin götürülməsi;
- Layihələşdiriləcək məmulatların hazırlanmasına sifarişçinin qoyduğu tələbləri öyrənmək;
- İnteryer dizaynın hazırlanması;
- Təmir gedişatında işə müəllif nəzarəti təmin etmək;
- Dizayn işi sahəsində qabaqcıl təcrübələri öyrənmək;
- 3D vizualizasiya;
- Birbaşa rəhbər və müdiriyyətin verdiyi tapşırıqları vaxtında və düzqün qaydada yerinə yetirmək
Vəzifəyə dair tələblər:
- Müvafiq sahədə ali təhsil;
- Müvafiq sahədə 4 ildən çox iş təcrübəsi (tikinti şirkətlərində iş təcrübəsinin olması üstünlük təşkil edəcək);
- AutoCAD, 3DsMax, Corona, Adobe Photoshop işləmək.
- Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verilməsi;
- Tikintinin layihələndirilməsində memar və mühəndislə birgə işləmək bacarığı;
- Müstəqil və ya komanda daxilində işləmək bacarığı;
- Fikrini detallar üzərində cəmləşdirmək və bir necə işi eyni zamanda aparmaq bacarığı.
Digər məlumat:
- Altıgünlük iş qrafiki (ayda 2 şənbə) Azərbaycan Respublikasının əmək məcəlləsinə uyğun qeydiyyat.
- Əmək haqqı işçinin bilik səviyyəsinə uyğun bir müsahibə əsasında müəyyən ediləcək.
Xahiş olunur şəkilli CV-ləri hr@qalagroup.az e-mail ünvanına göndərin və mövzuda vakansiyanın adın“Dizayner” qeyd edin.
Oxşar vakansiya siyahısı:
800 — 1000 ₼
İnteryer və eksteryer dizaynerMadina Group MM MMC memar,interyer dizayner vəzifəsi üzrə vakansiya elan edir. ...