İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. OBA marketlər şəbəkəsi İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsi üzrə vakansiya elan edir. Nahar şirkət tərəfindən verilir.

Namizədə tələblər:

  • Təhsil: Ali təhsil
  • Kompüter bilikləri:Microsoft Office
  • Dil bilikləri: Rus dili və ingilis dili yüksək səviyyədə
  • Yaş: 25-45;
  • İctimaiyyətlə Əlaqələr sahəsində minimum 2 il iş təcrübəsi
  • Yüksək səviyyədə media və jurnalistika bilikləri

Vəzifə öhdəlikləri:

  • OBA brendinin imic və reputasiyasının yüksəldilməsi, onun şəxsi markalarının tanıdılması
  • Marketinq departamentinin digər strukturları ilə birlikdə kampaniyalar və tədbirlərin həyata keçirilməsi;
  • Şirkətin fəaliyyəti, tədbirləri, yeni məhsullar barədə media vasitəsilə ictimaiyyətin məlumatlandırılması (press-relizlər, bəyanatlar, açıqlamalar, müsahibələr və s.);
  • KİV-də və sosial mediada OBA barədə yayımlanan materialların gündəlik monitorinqi və aidiyyatı üzrə rəhbər şəxslərin məlumatlandırılması;
  • Media-planların hazırlanması və televiziyalar, radiolar tərəfindən icrasına nəzarət olunması;
  • Video, audio roliklərin, poster və yazılı reklamların hazırlanmasında iştirak;
  • Korporativ saytın idarə olunması, məlumatların yerləşdirilməsi;
  • Sosial media idarəçiliyinə nəzarət
  • KSM strategiyasının hazırlanması, planlarının yazılması, tədbirlərinin həyata keçirilməsi;
  • Daxili kommunikasiya strategiyasının hazırlanması və həyata keçirilməsi,
  • Korporativ tədbirlərin təşkili

Təminatlar:

  • Nahar şirkət tərəfindən verilir;
  • Korporativ nömrə ilə təmin edilmə;
  • Servis şirkət tərəfindən təmin edilir;
  •  Beşgünlük iş qrafiki; iş saatları 09:00 – 18:00;

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri ” yazaraq cv@oba.com.az ünvanına göndərmələri xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Efir koordinatoru (təcrübəçi)

İctimai Televiziya və Radio Yayımları Şirkəti Efir koordinatoru (təcrübəçi) üzrə vakansiya elan edir. ...

İctimai Televiziya və Radio Yayımları Şirkəti

30.10.2024 - Bakı