Qısa məzmun
NetTech Commis Shef (Aşbaz Köməkçisi) vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
Aşbaz Köməkçisi aşağıdakı öhdəliklərə görə məsuliyyət daşıyır, lakin öhdəlikləri bununla məhdudlaşmır və fəaliyyəti barədə Baş Aşpaza məruzə edir:
- Şirkətin standartlarına xas bir şəkildə keyfiyyətli, sanballı və gözəl təqdim edilən qida məmulatlarını hazırlamaq.
- Bütün instruksiya və reseptlərin müvafiq şəkildə icra edilməsindən əmin olmaq.
- Gündəlik fəaliyyət üçün lazım olan hazır yarımfabrikat məmulatları təşkil etmək.
- İş yerinin və avadanlıqların səliqəli və təmiz qaydada, sanitariya qaydalarına müvafiq şəkildə saxlamaq.
- Çatışmamazlıqlar olarsa, xəbərdarlıq etmək.
- Qida təhlükəsizliyi prosedurlarına və təhlükəsiz iş mühitinin yaradılması qaydalarına riayət etmək və digərlərini də sövq etmək.
- Ərzaq ehtiyatlarının müvafiq şəkildə saxlanılmasını təmin etmək.
- Davamlı şəkildə yeni qabiliyyət və bacarıqların, üsullarının öyrənilməsinə can atmaq.
- Şöbənin fəaliyətini mükəmməlləşdirmək üçün daima yeni təkliflər etmək.
- İlkin və sonrakı təlimlərdə fəal iştirak etmək.
- Komandanın bir üzvü kimi çalışmaq və ehtiyac olduqda köməyə ehtiyacı olan əməkdaşlara dəstək olmaq.
- Digər mümkün vəzifələr
Namizədə tələblər:
- Mətbəxdə minimum 1 illik iş təcrübəsi olmaq.
- Kulinariya sənətinə və Qonaqların sifarişlərinin icra edilməsində həvəsli olmaq.
- Qonaqlarla və əməkdaşlarla sıx iş münasibətləri qurmaq.
- Liderlik və işi daha da irəli aparmaq qabiliyyətinə malik olmaq.
Müraciət qaydaları: gmusayeva@netgroup.az elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını yazıb CV göndərməklə müraciət edilir.