Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Superfon Brend Menecer vəzifəsi üzrə vakansiya elan edir.Korporativ mobil nömrə ilə təmin olacaqdır.
Haqqımızda:
2008-ci ildə yaradılmış SUPERFON şirkətinin əsas fəaliyyət istiqaməti Mobil Telefon, Aksesuar və Ehtiyyat hissələrinin Azərbaycanın bütün şəhər və regionlarında topdan və pərakəndə satışının həyata keçirilməsindən ibarətdir. Əgər siz də, öz sektorunun lideri olan bir şirkətdə karyeranızı qurmaq və ya davam etdirmək iştəyirsinizə, sizləri peşakar komandamıza qoşulmağa dəvət edirik.
Vəzifə: Brend Menecer
Öhdəliklər:
- Bazar və istehlakçı xüsusiyyətlərini araşdırır, onların satınalma davranışlarını izləyir, yeni istehlakçı sinfinin yaradılması istiqamətində təkliflər hazırlayır;
- İllik satış və marketinq büdcələrinin proqnozlaşdırılmasında və izlənilməsində iştirak edir;
- Təsdiqlənən illik fəaliyyət planı çərçivəsində üzərinə düşən çalışmaları icra edir və müvafiq reportlar hazırlayır;
- Bazar payı, satış kanallarındakı hərəkətliliyi, bölgələrdəki satış fərqlərini, mediada məhsulun və rəqiblərin hərəkətləri sahəsində davamlı araşdırmalar aparır;
- Bazar seqmentlərinə görə mövcud məhsulların qiymətinin dəyişdirilməsini, rəqib aktivliyinə görə yeni qiymət strategiyasının formalaşmasını, habelə yeni istehsal edilərək təqdim olunacaq məhsullara qiymət təkliflərinin verilməsini təmin edir;
- Yeni məhsul konseptləri hazırlayır, bazar araşdırması vasitəsilə bu konseptlərin istehlakçı tərəfindən bəyənilib-bəyənilməməsini sınaqdan keçirir;
- Məhsulun qablaşdırılması, reklam, çap materialları, promosyonların hazırlanmasını təmin edir, bunların məhsul strategiyasına və marka bütünlüyünə uyğun şəkildə aparılmasına nəzarət edir;
- Reklam briflərini, satış promo materialların ilkin variantlarını hazırlayır və işin gedişatına nəzarət edir.
Tələblər:
- Müvafiq sahədə minimum 3-5 il iş təcrübəsi;
- Ali təhsil (İqtisadiyyat,Marketinq,Kommersiya);
- Dil bilikləri:Azərbaycan və ingilis dillərini mükəmməl səviyyədə bilməlidir;
- MS Office proqramlarından sərbəst istifadə bacarığı olmalıdır;
- Marketinq sahəsi ilə əlaqədər sertifikatların olması üstünlükdür.
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
- 6 günlük iş qrafiki;
- Korporativ mobil nömrə;
- Qanunvericliyin tələb etdiyi formada işəqəbul prosesi.
Əmək haqqı bazar rəqabətlilidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir.
Müraciət qaydaları:
CV-nizi hr@superfon.az elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını “ Brend menecer” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.
Son müraciət tarixi 19.03.2021
Oxşar vakansiya siyahısı:
Kepro Estetik Klinika SMM mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Azərbaycan Hava Yolları QSC Aparıcı Rəqəmsal Analitika Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Ram Solutions MMC Sosial Media Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edur. ...