İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 400 AZN. Ateshgah Sigorta İT layihələrə dəstək şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Texniki sənədləri tərtib etmək təcrübəsi olmalıdır.

Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ birləşərək “Atəşgah” Sığora Qrupunu yaratmışlar. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 14 filialda, 500-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.

İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis

Namizədə tələblər:

  • Yaş həddi : 22-26
  • Təhsil: Ali
  • İş təcrübəsi:ən azı 1 il İnformasiya Texnologiyaları sahəsi üzrə
  • Dil bilikləri: Azərbaycan (əla), Rus (yaxşı), İngilis dili (yaxşı)
  • Microsoft Windows, Linux, Unix, Android, İOS (arzuolunandır)

Vəzifə öhdəlikləri:

  • İnformasiya sistemlərinin təhlükəsizlik səviyyəsinin təhlili və hesabatların hazırlanması;
  • İnformasiya Təhlükəsizliyi üzrə daxili normativ sənədləri hazırlanması;
  • Texniki sənədlərin və sistem jurnallarını təhlili;
  • Kommersiya sirri və məxfi məlumatların qorunması üzrə lahiyələrin icrası;
  • İnformasiya sistemlərinin monitoringi;
  • Çalışdığı bölmənin funksionalı ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirilməsi.

Şəxsi keyfiyyətlər:

  • Riyazi düşünmə bacarığı;
  • Analitik təhlil bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Böyük komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı;

İş şərtləri:

  • Əmək müqaviləsi bağlanılır
  • İş vaxtı 09:00 – 17:30
  • İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
  • Əmək haqqı: 400 AZN

Məlumatlandırıcı qeydlər:

  • Diqqət! Xahiş olunur iş elanı ilə diqqətlə tanış olasınız;
  • Bilik və bacarıqlarınız vakansiyaya uyğun hesab edirsinizsə özünüz haqda əsas məlumatı qısa video-müsahibə formatında təqdim in;
  • Özünüz haqda məlumatı Word və yaxud PDF formatında hazırlanmasıda məqsədə uyğundur;
  • CV formasında əsas məlumatları düzgün və aydın qeyd edin;
  • Unutmayın ki, namizədliyinizin baxılmasında özünüz haqda məlumatların düzgün təqdim edilməsi mühüm rol oynayır.
  • İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur;
  • Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin;
  • Özünüz haqda məlumatları göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun;
  • İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Vakansiya ilə maraqlanan namizədlərdən recruiting@ateshgah.com mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis” qeyd etmələri xahiş olunur.

“Atəşgah” S.Ş. şəffaf idarəçilik üslubunu tətbiq etməklə, əməkdaşların daimi rəyini öyrənib, qərarların qəbul edilməsində onların iştirakını təmin edir.
Sağlam həyat tərzinin təmin olunması üçün müasir idman zalı, bütün avadanlıqlarla təhciz olunmuş yemək zalında güzəştli şərtlərdə təşkil olunan nahar fasiləsi, kitabxana, istirahət otaqları, müxtəlif əyləncəli tədbirlər, intellektual oyun və viktorinalar iş gününü maraqlı və faydalı edir. Ən vacibi isə hər bir əməkdaş davamlı inkişaf və karyera yüksəlişi məqsədilə daxili və xarici tədris prosesinə qoşulmaq imkanına malikdir.

Oxşar vakansiya siyahısı:

1000 — 2000 ₼
Frontend Developer

We are looking for a Frontend Developer to join our dynamic and globally expanding startup. Requirements: Programming Language: Typescript Technologies: HTML5, CSS, SCSS, ...

22.11.2024 - Bakı

QA engineer (Keyfiyyətə nəzarət üzrə mühəndis)

Kontakt Home QA engineer (Keyfiyyətə nəzarət üzrə mühəndis) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

18.11.2024 - Bakı

Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

18.11.2024 - Bakı

2000 — 3000 ₼
Proqramçı

Do IT şirkəti Proqramçı vəzifəsi üzrə vakansiya elan edir. ...

DO IT

14.11.2024 - Bakı

İT mütəxəssis

  Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası İT mütəxəssisi vəzifəsi üzrə vakansiyasi elan edir. ...

Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası

07.11.2024 - Bakı

Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

04.11.2024 - Bakı

Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer)

Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

31.10.2024 - Bakı