Texnoloq
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 1000 AZN. Corn Processing Company Texnoloq vəzifəsi üzrə vakansiya elan edir. Dəqiqlik, detallara diqqət, məsuliyyətlilik tələb olunur.

İş yeri: Oğuz, Oğuz Qarğıdalı Emalı Məhsulları Kompleksi
İş vaxtı: I – V günlər 09:00 – 18:00
Əmək haqqı: 1000 NET
Tabeçilik: Direktor

İŞİN TƏSVİRİ:

  • Tabeliyində olan işçi heyətinə nəzarət etmək, onların fəaliyyətini istiqamətləndirmək və əlaqələndirmək;
  • İstehsalat prosesi zamanı rəhbərlik tərəfindən razılaşdırılmış texnoloji prosesin düzgün idarə olunması və bu texnoloji prosesdən kənarlaşma hallarının olmaması üçün rosesə nəzarət etmək;
  • İşçilərin istehsal prosesini daha da dərindən öyrənməsi üçün onlarla qarşılıqlı dialoqlarda iştirak etmək;
  • İstehsalat dayanmalarını analiz etmək, boş dayanmaların, məhsulun keyfiyyətini aşağı salan faktorların araşdırılması və aradan qaldırılmasında yaxından iştirak etmək;
  • İstehsalat prosesi zamanı operatorların qarşılaşdığı çətinliklərin tez bir zamanda aradan qaldırılmasında onlara yardımçı olmaq;
  • İstehsalatda istifadə olunan xammal və materialların düzgün təyin olunmuş norma daxilində istifadə edilməsinə nəzarət etmək;
  • İstehsalatın planlaşdırılması, vaxt normalarının yaxşılaşdırılması, iş yerinin attestasiyası və müasirləşdirilməsində əmək məhsuldarlığının yüksəldilməsinə dair təkliflər vermək;
  • Eyni məhsul istehsalçılarının qabaqcıl təcrübələrindən istifadə edərək yeni metodların işlənilməsini təmin etmək;
  • Məhsulun təhlükəsizliyi və keyfiyyətinə təsir edən təhlükəli faktorları araşdırmaq və aradan qaldırılmasında iştirak etmək;
  • Qəza vəziyyətləri zamanı görüləcək tədbirlər planını müəyyən etmək və onlara əməl olunmasına nəzarət etmək;
  • İstehsalat sexinin və avadanlıqlarının düzgün yuyulmasına, yuyucu və dezinfeksiya edici vasitələrin normaya uyğun olaraq istifadə edilməsinə nəzarət etmək;
  • İş alətləri və avadanlıqlardan, iş geyimləri və Fərdi Mühafizə Vasitələrindən səliqəli və düzgün istifadə edilməsinə nəzarət etmək;
  • İstehsal dayandıqda, iş rejimi pozulduqda, keyfiyyətsiz məhsul istehsal edildikdə, texniki təhlükəsizlik qaydaları və istehsalatda sanitariya normaları pozulduqda dərhal tabe olduğu rəhbərini məlumatlandırmaq;
  • Tabeçiliyində olan işçilərin daxili əmək intizamı qaydalarına riayət etməsini təmin etmək.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

  • Ali təhsil (Mühəndis, texnoloji təhsilli namizədlərə üstünlük veriləcək);
  • Sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Microsoft Office proqramları üzrə bilik;
  • Azərbaycan dilində səliş danışıq (Rus və İngilis dili bilən namizədlər arzuolunandır);

Göstərilən tələblərə cavab verən namizədlər öz CV – lərini hr@cpccom.az ünvanına göndərə bilərlər.

(CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd edin, əks halda müraciətlərinizə baxılmayacaq)

Oxşar vakansiya siyahısı:

1200₼
Layihələrin idarə olunmasi üzrə koordinator

PRO CON izo Layihələrin idarə olunmasi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...

PRO CON izo

06.01.2025 - Bakı

Kimyəvi analizlər üzrə laborant

Mətanət A Kimyəvi analizlər üzrə laborant vəzifəsi üzrə vakansiya elan edir. ...

Mətanət A

29.12.2024 - Bakı

Hazır məhsul müfəttişi

Matanat A şirkəti Hazır məhsul müfəttişi vəzifəsi üzrə vakansiya elan edir. ...

Matanat A

29.12.2024 - Bakı

Avtomatika mühəndisi

Mətanət A Şirkətlər Qrupu Avtomatika mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Matanat A

29.12.2024 - Bakı

İstehsal üzrə növbə rəisi

Mətanət A Şirkətlər Qrupu stehsal üzrə növbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Mətanət A Şirkətlər Qrupu

28.12.2024 - Bakı

Avtomatika mühəndisi

Mətanət A Şirkətlər Qrupu Avtomatika mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Matanat A

27.12.2024 - Bakı