Hüquq Departamentinin direktoru
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Optimal Electronics LLC Hüquq Departamentinin direktoru vəzifəsi üzrə vakansiya elan edir. Rus və İngilis dili bilmək arzuolunandır.

Tələblər:

  • Təhsil: Hüquq sahəsində ali təhsil
  • İş stajı : hüquq sahəsində ən azı 3 il
  • Dil biliyi : Azərbaycan dilində səlit danışmaq/yazmaq; rus və ya ingilis dillərindən birində fikrini sərbəst ifadə etmək bacarığı
  • Kompüter biliyi: Microsoft Office (xüsusən Word və Excel) proqramlarında sərbəst işləmək bacarığı;
  • Hadisələri analiz etmə qabiliyyəti;
  • Yüksək ünsiyyət və təqdim etmə bacarıqları.

Əsas vəzifələr:

  • Şirkətin fəaliyyəti zamanı meydana çıxan hüquqi məsələlər üzrə rəylər verilməsi işinin təşkili;
  • Hüquqi uyğunluq məsələlərinin tənzimlənməsi;
  • Qanunvericiliyin tətbiqi ilə bağlı struktur bölmələrinə məsləhətlərin verilməsi işinin təşkili;
  • Bağlanılan müqavilələr və onunla bağlı digər sənədlərə hüquqi rəy verilməsi işinin təşkili;
  • Cəlb edildiyi məhkəmə mübahisələrində mənafelərin müdafiəsinin təşkili;
  • Daxili normativ sənədlərinin hazırlanması, yenilənməsi, saxlanması, biznes proseslərə uyğunlaşdırılması işinin təşkili;
  • Qanunvericiliyində meydana çıxan ziddiyyətli məqamlarla bağlı müvafiq dövlət orqanlarına sorğular göndərilməsi işini təşkili;
  • Hüquqi məsələlərlə bağlı müvafiq təşkilatlar, qurumlar, hüquqi şəxslər və dövlət orqanları ilə əlaqələrin yaradılması və işin təkmilləşdirilməsi sahəsində işlərin görülməsi;
  • Hüquqi təminat və korporativ hüquq funksiyalarına ümumi rəhbərliyin və nəzarətin həyata keçirilməsi;
  • Departamentin əməkdaşları tərəfindən əsas vəzifə və funksiyaların vaxtında və düzgün icra edilməsinə nəzarət edilməsi.

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədl əşmə ;
  • Həftədə 5 iş günü, 2 gün istirahət;
  • Karyera yüksəlişi imkanı;

Qeyd olunan vakansiya ilə bağlı müraciət etmək namizədlər aşağıda qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər:

https://jobs.talhunt.az/optimal/470-huquq+departamentinin+direktoru

Son tarix: 30.03.2021

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...