Baş mühasib
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 1200-1500 AZN. ArchiCO MMC Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir.

Tikinti bazarında fəaliyyət göstərdiyimiz 10 ildən çox müddət ərzində özümüzü operativ, yenilikçi və sifarişçi yönümlü olduğumuzu sübut edə bildik. Bunun nəticəsidir ki, bu gün ArchiCO Azərbaycanın ən böyük mühəndislik və tikinti şirkətlərindən birinə çevrilmişdir.
Hal-hazırda Şirkətimizdə 2000-dən artıq insan çalışır. Bu gün ArchiCO bir sıra layihələrdə dünyanın tanınan Şirkətlər ilə əməkdaşlıq edir. İdarəetmə sistemimiz isə beynəlxalq standartlarının tələblərinə uyğunlaşdırılmışdır.

Hal-hazırda ArchiCO-nun Sumqayıt şəhərində yerləşən layihəsində yeni vakansiya mövcuddur:

Vəzifə: Baş mühasib

İş qrafiki: 09:00 – 18:00 / beşgünlük
Əməkhaqqı: 1200-1500 AZN
İş yeri: Sumqayıt şəhəri

İş barədə məlumat:

  • Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə ciddi riayət etmək;
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
  • İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarını tərtib etmək və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
  • Əsas vəsaitlərin uçotunu aparmaq, inventarizasiyanın müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət etmək və prosesdə iştirak etmək;
  • Təhtəl hesab, balans, avans hesabatının aparılmasını təmin etmək;
  • Hesab və elektron qaimə-fakturaları yazmaq;
  • Daxili mühasibatlıq sistemində köçürmələri idarə etmək;
  • Gündəlik hesabları üzrə qalıqların hesabatını aparmaq;
  • Mal/Xidmətlərin, müqavilə və sifarişləri yoxlamaq;
  • Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsi üçün təchizatçılarla/müştərilərlə yazışmaların aparılmasının təmin etmək;
  • Əməkhaqqının verilmə dövrünə uyğun olaraq bütün əməkhaqlarına dair əməliyyatlarının vaxtında və düzgün emal olunmasını təmin etmək;
  • Əməkhaqqına dair hesablamaları aparmaq və hesabatları tərtib etmək;
  • İşə qəbul edilmiş əməkdaşlara bank hesabı açmaq və əməkdaşların əməkhaqqı kartlarının sifarişinə və təmin edilməsinə dair müvafiq banklara müraciətləri həyata keçirmək;
  • Mal-material qiymətlilərin inventarizasiyasında iştirak etmək və onlar üzrə müvafiq aktları rəsmiləşdirmək;
  • Vəzifəsi ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq;
  • İş prosesində məlumatların məxfiliyini saxlamaq;
  • Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirmək.

Tələblər:

  • Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
  • Baş mühasib kimi 5 ildən az olmayan iş təcrübəsi;
  • Maliyyə təsərrüfat əməliyyatlarının bütün sahələrində iş təcrübəsi;
  • Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
  • Mühasibat uçotunun Beynəlxalq standartlarını bilməli (sertrifikatın olması arzuolunandır);
  • MS Office, 1C, BTP, EFP proqramlarında yüksək səviyyədə işləyə bilməli;
  • ERP proqramlarından hər hansı birinin mühasibatlıq-maliyə modulu ilə yüksək səviyyədə çalışa bilməli.

CV-lərinizi hr@archico.az ünvanına “Baş mühasib” başlığı ilə göndərməyiniz xahiş olunur.

Oxşar vakansiya siyahısı:

Məhsul sahibi (Product owner)

Bank Respublika ASC Məhsul sahibi (Product owner) vəzifəsi üzrə vakansiya elan edir. ...

Bank Respublika

22.11.2024 - Bakı

Uçotçu

Perla mebel Goran mağazasına uçotçu vəzifəsi üzrə vakansiya elan edir. ...

Perla mebel

22.11.2024 - Goran

Mühasib

Barkod Electronics Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Barkod Electronics

22.11.2024 - Bakı

1500 — 2000 ₼
Aparıcı mühasib

Regency Consulting and Tax Solutions MMC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Regency Consulting and Tax Solutions MMC

18.11.2024 - Bakı

600 — 800 ₼
Kiçik – Mühasib

Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Regency Consulting and Tax Solutions MMC

18.11.2024 - Bakı

Audit Üzrə Mütəxəssis

Hajigabul Poultry Farm Company Audit Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Hajigabul Poultry Farm Company

14.11.2024 - Hacıqabul

Kassir

Zivar Restoranı Kassir vəzifəsi üzrə vakansiya elan edir. ...

Zivar Restoranı

07.11.2024 - Bakı

Mühasib (Restoran)

Zivar Restoranı Mühasib (Restoran) vəzifəsi üzrə vakansiya elan edir. ...

Zivar Restoranı

07.11.2024 - Bakı

Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi

Expressbank ASC Risklərin İdarə edilməsi Departamenti, Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Expressbank ASC

04.11.2024 - Bakı

Marketinq Departamentinin Kartmane və Partnyorlarla iş şöbəsində Baş mütəxəssis/ Ekspert

“Rabitəbank” ASC Marketinq Departamentinin Kartmane və Partnyorlarla iş şöbəsində Baş mütəxəssis/ Ekspert vəzifəsinə işə qəbul elan edir. ...

Rabitabank OJSC

01.11.2024 - Bakı

Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi

Expressbank ASC Risklərin İdarə edilməsi Departamenti, Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Expressbank ASC

30.10.2024 - Bakı

Mikro kredit üzrə kiçik kredit mütəxəssisi (Sumqayıt filialı)

Bank Respublika ASC Mikro kredit üzrə kiçik kredit mütəxəssisi (Sumqayıt filialı) vəzifəsi üzrə vakansiya elan edir ...

Bank Respublika ASC

30.10.2024 - Bakı