Qısa məzmun
Ə/h razılaşma yolu ilə. DB advisors Tədris işləri üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. Təhsil sektorunda təcrübə üstünlükdür.
Vəzifə öhdəlikləri:
- Təlim və inkişaf planlarının işlənib hazırlanması və genişləndirilməsinə köməkliyin göstərilməsi
- Təlim ehtiyaclarının araşdırılması, təkliflərin hazırlanmasında yaxından iştirak etmək;
- Təhsil müəssisələri arasında koordinasiyanın qurulmasının təmin edilməsində iştirak etmək;
- Tədris metodologiyalarından anlayışlı olmaq və tədris ləvazimatlarının düzgün seçilməsi;
- İş sisteminin daimi olaraq təkmilləşdirilməsi, təhsilin keyfiyyətinin nəzarətdə saxlanılması və yüksəldilməsini təmin edilməsi üçün təklif və ideyaların irəli sürülməsi;
- Təlim proqramlarının və təlimçilərin effektivliyini qiymətləndirmək, təkmilləşmə üçün tövsiyələr vermək;
- Strateji inkişaf planının hazırlanmasında iştirak etmək.
Tələblər:
- Ali təhsil;
- Yaş həddi: 20-30;
- Azərbaycan və rus dillərini səlis bilməli;
- Kreativ düşünmə qabiliyyətli və yenilikçi ideyalara mənsub olmaq bacarığı;
- Şirkətin xidmət keyfiyyətinin artırılması üçün yeni hədəf və məqsədləri müəyyən etmək bacarığı;
- Kompüter və müasir ofis avadanlıqlarından sərbəst istifadə bacarığı;
- MC Office proqramlarından istifadə bacarığı;
- Analitik təhlil, araşdırma qabiliyyəti, operativlik, aktivlik;
- Səlis nitq qabiliyyəti, təşkilatçılıq və komandada işləmək bacarığı;
- Təhsil sektorunda təcrübə üstünlükdür.
İş şəraiti:
- İş qrafiki: sərbəst
- Əmək haqqı: 300 AZN
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində vakansiyanın adını qeyd etməklə öz CV formasını career_azerbaijan@database.az elektron ünvanına göndərməkləri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
History teacher
Təsvir Excellent subject and curriculum knowledge. Excellent planning and teaching well structured lessons. Resource-based teaching / collecting and organizing subject r ...