F&B Menecer
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Sinteks Group of Companies F&B Menecer vəzifəsi üzrə vakansiya elan edir.

1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev eşyaları mağazalarını və 10-a yaxın kofeteriya filialını idarə edir. Lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.

Sinteks Şirkətlər qrupuna hal hazırda F&B Menecer tələb olunur.

İşin rolu

Bu rol brend standartlarına uyğun kafenin idarəolunmasını və işini təşkil edir.

Vəzifə öhdəlikləri:

  • Kafenin vaxtında açılmasını, aylıq satış planlarını və orta çekini təmin etmək
  • Kafenin aylıq tullantıların təyin olunmuş miqdarda olmasını təmin etmək
  • Ay ərzində məhsulların təyin olunmuş sərfiyyatına nəzarət etmək
  • Kafe işçi heyətinin yüksək xidmət səviyyəsini təmin etmək
  • Həftəlik çekinq list hesabatı hazırlamaq
  • Anbarlardan məhsulları FİFO üzrə paylanmasını təşkil etmək
  • Məhsulların keyfiyyətinə nəzarət etmək
  • Tədarükçü şirkətin tələblərinə uyğun işi təşkil etmək, minimal alış qiymətlərə nail olmaq
  • Avadanlıqların vaxtı-vaxtında təmir edilməsini təşkil etmək
  • Kafelərdə lazımi işçi sayını vaxtında təmin etmək
  • Ümumi anbarda daxil olan malları qəbul etmək və onlara cavabdeh olmaq
  • Menyu tərtibatı, dəyişikliyi və kalkulyasiyası
  • Merçendayzinq işlərini icrasını təmin etmək
  • Keyfiyyətə nəzarət etmək

Əsas tələblər:

  • Təhsil
  • Bakalavr dərəcəsi, Biznesin İdarəedilməsi/Menecment və ya digər müvafiq sahədə arzuolunandır
  • Təcrübə:
  • Müvafiq sahədə ən az 3 il iş təcrübəsi
  • İdarəetmə sahəsində ən az 1 il təcrübə
  • Professional biliklər:
  • Qida məhsullarının saxlanılma şəraiti və müddəti haqqında güclü biliklər
  • Azərbaycan və Rus dilləri mükəmməl, İngilis dili orta səviyyədə
  • MS Office proqramlarını bilmək
  • Professional bacarıqlar və kompetensiyalar:
  • Liderlik
  • Ünsiyyət bacarıqları
  • Danışıqların aparılması
  • Zamanın idarəolunması

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “F&B Menecer” qeyd edərək recruitment@sinteks.com elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Ofisiant 

Zivar Restoranı Ofisiant vəzifəsi üzrə vakansiya elan edir. ...

Zivar Restoranı

07.11.2024 - Bakı

Restoran meneceri/Administrator

Zivar Restoranı Restoran meneceri/Administrator vəzifəsi üzrə vakansiya elan edir. ...

Zivar Restoranı

07.11.2024 - Bakı