Qısa məzmun
“Azərbaycan Beynəlxalq Bankı” Kiçik və orta sahibkarlarla iş departamentinin Kiçik və orta biznes müştəriləri ilə iş şöbəsinə aparıcı mütəxəssis (KOS-Müştəri Meneceri) vakansiyası elan edir.
“Azərbaycan Beynəlxalq Bankı” Kiçik və orta sahibkarlarla iş departamentinin Kiçik və orta biznes müştəriləri ilə iş şöbəsinə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis (KOS-Müştəri Meneceri) vakansiyası elan edir.
- Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.
Görəcəyiniz işlər:
- KOS müştərilərin Banka cəlbini və məhsul satışını həyata keçirmək;
- KOS subyekti olan müştərilər üzrə əməliyyat sorğularını lazımi struktur orqanlarla əlaqələndirmək, əməkdaşlıq və müraciət zamanı prosesi təqib etmək, yarana biləcək problemlərin həllinə sonadək dəstək olmaq;
- Kredit sifarişi üzrə təhlil prosesində məlumatların yığılmasında iştirak etmək;
- KOS subyekti olan müştərilər üzrə gecikmələrin ilkin təqibini həyata keçirmək;
- KOS subyekti olan müştərilər üzrə ilkin sənəd dövriyyəsini həyata keçirmək;
- Mövcud müştəri portfeli üzrə əməkdaşlıq və müraciət zamanı prosesi təqib etmək, yarana biləcək problemlərin həllinə sonadək dəstək olmaq;
Vakansiya aşağıdakı regionlar üzrə aktivdir:
- Gəncə
- Bərdə
- Yevlax
Bizim üçün ideal namizəd:
- Ali iqtisadi təhsili olan;
- Azərbaycan dilini səlis bilən;
- Yüksək səviyyədə ünsiyyət qurma bacarığı olan;
- Yüksək səviyyədə satıcılıq xüsusiyyətləri olan;
- Tələb olunan sahə üzrə ən azı 1 illik iş təcrübəsi olan şəxsdir.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən şəhər və vəzifə adının “Kiçik və orta biznes müştəriləri ilə iş şöbəsinə – mütəxəssis” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az
Oxşar vakansiya siyahısı:
Bank Respublika ASC Məhsul sahibi (Product owner) vəzifəsi üzrə vakansiya elan edir. ...
Perla mebel Goran mağazasına uçotçu vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Audit Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Kassir vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Mühasib (Restoran) vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Risklərin İdarə edilməsi Departamenti, Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC Marketinq Departamentinin Kartmane və Partnyorlarla iş şöbəsində Baş mütəxəssis/ Ekspert vəzifəsinə işə qəbul elan edir. ...
Expressbank ASC Risklərin İdarə edilməsi Departamenti, Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Mikro kredit üzrə kiçik kredit mütəxəssisi (Sumqayıt filialı) vəzifəsi üzrə vakansiya elan edir ...