İşə qəbul mütəxəssisi / aparıcı mütəxəssisi
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Yelo Bank İşə qəbul mütəxəssisi / aparıcı mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

İyirmi yeddi ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəsisslərə iş imkanları təqdim edir.

Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz işlərimizdə sadə, ünsiyyətimizdə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “İnsan Resurslarının İdarəedilməsi Departamentində İşə qəbul mütəxəssisi / aparıcı mütəxəssisi” vakansiyasını elan edirik.

Siz elektron poçtun “mövzu” yerinə “Recruiter” qeyd etməklə öz CV-lərinizi jobs@yelo.az ünvanına göndərə bilərsiniz.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.yelo.az
Struktur: İnsan Resurslarının İdarəedilməsi departamenti, İşə qəbul və kadr planlaması şöbəsi
Vəzifə: Mütəxəssis / Aparıcı mütəxəssis
Bilavasitə tabeçiliyi: Şöbə Müdiri

Vəzifə öhdəlikləri:

  • Bankın müxtəlif strukturları ilə partnyorluq edərək biznesin strateji hədəflərinə uyğun işə qəbul ehtiyaclarını müəyyənləşdirmək;
  • Namizəd axtarışlarının hədəfli strategiyasının hazırlanması və həyata keçirilməsi;
  • Yerli əmək bazarının şərtlərinin, rəqiblərin işçi qüvvəsinin araşdırılması;
  • İş xüsusiyyətləri, vəzifə təlimatı əsasında vəzifə tələblərini müəyyənləşdirmək;
  • Müxtəlif kanallar vasitəsilə potensial namizədlərin müəyyənləşdirilməsi və araşdırılması;
  • Qısa namizəd siyahısının tərtibi və onlara dair ətraflı məlumatların verilməsi;
  • Namizədlərin banka, daxili korporativ mədəniyyətə uyğunluğunun araşdırılması və qiymətləndirilməsi;
  • İlkin seçimlərdən keçmiş namizədlərin testlərdən və panel müsahibələrdən keçirilməsi;
  • Namizəd vəzifəyə təsdiq edilənə qədər namizəd ilə struktur bölməsi arasında aparılan danışıq prosesinə dəstək göstərmək;
  • Təsdiqlənmiş namizədlərə iş təkliflərini hazırlamaq;
  • Namizədin işə qəbulunun rəsmiləşdirilməsi, iş yerinin təşkili, ilk iş günü qarşılanması, orientasiya təlimlərində iştirakı və adaptasiya prosesinə dəstəyin göstərilməsi;
  • Yeni əməkdaşın sınaq müddətinə nəzarət, sınaq müddəti rəylərinin toplanması, tərəflər ilə kommunikasiyanın aparılması;
  • İşə qəbul prosesi üzrə əlaqələrin qurulması və bu əlaqələrin daim genişləndirilməsi;
  • Çıxış müsahibələrinin aparılması;
  • Öz iş sahəsi üzrə daim inkişaf etmək;
  • İşəqəbul bacarıqlarının artırılması və inkişaf etdirilməsi.

Tələblər:

  • İşə qəbul üzrə təsdiq olunmuş iş təcrübəsi;
  • İşə qəbul proseslərinin dərindən başa düşülməsi;
  • Namizədlərin izlənilmə sistemlərindən istifadə, proqram təminatı və namizəd məlumat bazalarını işə salma bacarığı;
  • Namizəd seçimi üzrə mükəmməl biliklər;
  • Namizəd əldə etmə vasitələri və metodları üzrə iş təcrübəsi;
  • Əmək bazarının araşdırılması və əmək bazarında olan vəziyyəti anlamaq bacarığı;
  • Yüksək kommunikasiya bacarıqları, effektiv danışıqlar, işgüzar əlaqələrin qurulması bacarığı;
  • Dürüstlük və şəffaflığın və məxfiliyin qorunması bacarıqları;
  • İnsan resursları və ya əlaqədar sahələrdə bakalavr dərəcəsi.

Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  • Könüllü tibbi sığorta proqramına qoşulma;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Oxşar vakansiya siyahısı:

800 — 1000 ₼
Loyallıq üzrə mütəxəssis

AzəriMed QSC Loyallıq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

14.02.2025 - Bakı

İşə qəbul üzrə baş mütəxəssis

Mətanət A İşə qəbul üzrə baş mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Mətanət A

13.02.2025 - Bakı

500₼
Təlim və motivasiya üzrə əməliyyatçı

AzəriMed QSC Təlim və motivasiya üzrə əməliyyatçı vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

12.02.2025 - Bakı

İR üzrə Direktor

Super Toys İR üzrə Direktor vəzifəsi üzrə vakansiya elan edir. ...

Super Toys

11.02.2025 - Bakı

500₼
Операционист, в отделе Мотивации и Обучения

https://qlor.me/m6z3057ndc Təsvir Обязанности: • Подготовка соответствующих баз данных по обучению; • Выпо ...

AzəriMed QSC

11.02.2025 - Bakı

İnsan Resursları və İşlər İdarəsinin Kadrlar şöbəsinin mütəxəssisi

Xalq Bank İnsan Resursları və İşlər İdarəsinin Kadrlar şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Xalq Bank

06.02.2025 - Bakı