Qısa məzmun
Starex Filial Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. Komandada işləmə və komandanı idarəetmə bacarığı olmalıdır.
Vəzifə : Filial Rəhbəri
Əmək haqqı : 1200 Azn
Nahar şirkət tərəfindən təmin olunur.
İş rejimi : Həftədə 6 gün
Vəzifə öhdəlikləri:
- Gömrükdən bağlamaların qəbulu, filiala çatdırılması və müştərilərə verilməsinə nəzarət etmək ;
- İşçilərin davamiyyətinə və idarəetməsinə nəzarət etmək , tənzimləmək
- Filialda baş verən bütün əməliyyatlara nəzarət etmək;
- Yarana biləcək problemləri öncədən araşdırıb rəhbərliyə məlumat vermək;
- Zəruri hallarda problemli işlər üzrə müraciət edən müştərilərlə görüşmək;
- Filiala aid xərclərin tənzimlənməsi;
- Vəzifə öhdəliyinə uyğun olaraq rəhbərlik tərəfindən ona həvalə edilmiş digər məsələlərin vaxtında yerinə yetirilməsi;
Namizədə Tələblər:
- Ali təhsil (Marketinq və ya Biznes Menecment ixtisasında üstünlükdür);
- Karqo şirkətində və ya retail sahəsində idarəetmədə minimum 3 il iş təcrübəsi mütləqdir;
- Azərbaycan dili – yüksək, İngilis və Rus dilləri arzuolunandır;
- Yüksək analitik qabiliyyət, ünsiyyət və idarəetmə bacarıqları;
- Dürüstlük, məsuliyyətlilik, çeviklik, idarəetmə bacarığı;
- Məqsədyönlülük, təşəbbüskarlıq, yenilikçilik, kreativlik;
- Komandada işləmə və komandanı idarəetmə;
Komandamızda olmaq istəyən maraqlı olan namizədlərdən vakansiya ilə əlaqədar “CV”–lərini mövzu hissəsində vəzifə adını “ Filial Rəhbəri” qeyd etməklə, hr@starex.az ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Məhsul üzrə menecer
Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...