Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Təhsildə Keyfiyyət Təminatı Agentliyi Akkreditasiya və lisenziya şöbəsinin məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir.
Təhsildə Keyfiyyət Təminatı Agentliyi “Akkreditasiya və lisenziya şöbəsinin məsləhətçisi” vakansiyası elan edir.
Ümumi
Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın və Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”nin müvafiq müddəalarına uyğun olaraq təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsi üçün tövsiyələr hazırlamaq, təhsil müəssisələrinin akkreditasiyası prosesini təşkil etmək, təhsil fəaliyyətinin lisenziyalaşdırılması barədə rəy hazırlamaq, akkreditasiya prosesi zamanı təhsil müəssisəsinə təqdim olunmuş tövsiyələrin icrası ilə bağlı plan almaq və planın icrası barədə öhdəlik əks etdirən sənədin imzalanmasını təmin etmək, təhsil müəssisəsinin akkreditasiya nəticələri və məlumatları ilə bağlı aidiyyəti struktur bölmələri məlumatlandırmaq və qarşılıqlı əlaqələr qurmaq, habelə digər tədbirlər həyata keçirmək nəzərdə tutulmuşdur.
Vəzifə:
- Sizin vəzifəniz Agentliyin Nizamnaməsinə və müvafiq struktur bölmənin əsasnaməsinə uyğun olaraq təhsil müəssisələrinin akkreditasiyasının təşkilində və işlərin əlaqələndirilməsi prosesində iştirak olacaqdır.
Məsuliyyət:
- Təhsil müəssisələrinin akkreditasiyası və Şöbənin digər fəaliyyət istiqamətləri ilə bağlı daxili normativ bazanın hazırlanmasında iştirak etmək, zəruri hallarda onların ynilənməsi və dəyişilməsi barədə təkliflər vermək;
- Təhsil müəssisələrinin akkreditasiyası barədə qiymətləndirmə meyarlarının hazırlanmasında iştirak etmək;
- Təhsil müəssisələrinin akkreditasiyasının təşkilində və işlərin əlaqələndirilməsində iştirak etmək;
- Təhsil müəssisələrinin akkreditasiyası barədə illik fəaliyyət planlarının hazırlanmasında iştirak etmək, onları akkreditasiya prosesi və Akkreditasiya Komissiyasının tərkibi ilə bağlı məlumatlandırmaq;
- Təhsil müəssisəsinin təqdim etdiyi hesabatların, sənədlərin və materialların uyğunluğunu yoxlamaq;
- Akkreditasiya prosesi ilə bağlı sahə səfərlərinə/yerində baxışa gedilməsi üçün təhsil müəssisəsi ilə görüş cədvəllərini tərtib etmək;
- Akkreditasiya prosesinin yekununda nəticələr barədə məlumat toplusunun aidiyyəti struktur bölmələrinə göndərilməsini təmin etmək;
- Təhsil müəssisələrinin akkreditasiyası barədə vahid məlumat bazasının hazırlanmasında iştirak etmək;
- Beynəlxalq və regional akkreditasiya institutları ilə əməkdaşlıqların qurulması üzrə təkliflər vermək və qabaqcıl təcrübələrin yerli təhsil müəssisələrinə tətbiqi imkanlarını araşdırmaq;
- Təhsil müəssisələrinin fəaliyyətinin lisenziyalaşdırılması barədə rəy hazırlanmasında iştirak etmək.
Tələblər:
- Ali təhsil;
- Keyfiyyət təminatı və təhsilin idarəedilməsi sahəsində təcrübə arzuolunandır;
- Azərbaycan və ingilis dili biliyi;
- Microsoft Office proqramları və internet resurslarından istifadə bacarığı;
- Effektiv şifahi və yazılı peşəkar kommunikasiya bacarığı;
- Beynəlxalq təcrübəni öyrənmək, təhlil etmək və tətbiqinə nail olmaq bacarığı;
- Analitik, strateji düşünmə və problem həlletmə bacarığı;
- Monitorinq və qiymətləndirmə bacarığı;
- Təşkilatçılıq bacarığı;
Üstünlüklər:
- Dövlət qurumlarında təmsil olunma və dövlət əhəmiyyətli tapşırıqların icrası;
- Dövlət qurumlarında karyera qurmaq və vəzifədə irəliləmək imkanı;
- Rəqabətqabiliyyətli və nəticəyönümlü əməkhaqqı sistemi.
İş qrafiki: bazar ertəsi-cümə, saat 09:00-18:00
Qeyd: Müəssisə qanunvericiliyə uyğun olaraq əməkdaşların akademik fəaliyyətlərinin davam etdirilməsinə şərait yaradır.
Son müraciət tarixi: 05.04.2021
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hr@tkta.edu.az elektron ünvanına mövzu yerinə “ALŞ məsləhətçi” qeyd etməklə göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Təsvir Excellent subject and curriculum knowledge. Excellent planning and teaching well structured lessons. Resource-based teaching / collecting and organizing subject r ...