Qısa məzmun
Bizim Kündə Kulinar-texnoloq vəzəifəsi üzrə vakansiya elan edir. Bu sahədə ən azı 1-3 il iş təcrübəsi olmalıdır.
Vəzifə öhdəlikləri:
- Kulinariyanın texnoloji təlimatlarının və texniki şərtlərinin yerinə yetirilməsinə nəzarət edilməsi;
- Qənnadı və şirniyyat məhsullarının istehsal prosesində istifadə olunan xammalın sərf normalarının işlənməsində iştirak edilməsi;
- Məhsulların keyfiyyətinin yaxşılaşdırılması tədbirlərinin hazırlanmasında fəal iştirak edilməsi;
- İstehsalın effektivliyinin artırılması.
Tələblər:
- Ali təhsil;
- Bu sahədə ən azı 1-3 il iş təcrübəsi;
- Çörək və şirniyyatın yeni növlərinin bişirilməsi və hazırlanması texnologiyalarını bilməli;
- Fikirlərini aydın ifadəetmə bacarığı.
İş haqqında məlumat:
- İş yeri: Yasamal, Şəfayət Mehdiyev 136, Lider TV-nin yanı;
- İş saatı: 09:00-18:00;
- Əmək haqqı: Razılaşma əsasında.
Vakansiyaya müraciət üçün, CV formanızı hr@bizimkunde.az elektron poçtuna “Kulinar-texnoloq” mövzusu ilə göndərməyiniz xahiş olunur.