Qısa məzmun
Ə/h 600 AZN. Modenis LLC eManat HR mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Gərgin iş rejimində işləməyi bacarmalıdır.
İş şəraiti :
- Ofis daxili.
- Nahar yeməyinin təminatı şirkət tərəfindən verilir.
- Əmək haqqı 600 AZN.
- İş rejimi: Həftənin 5 günü (09:00-18:00).
- Tibbi sığorta.
Öhdəliklər:
- E-poçt yazışmalarını idarə etmək
- Daxil olan məktubları və sənədləri almaq və onların bölüşdürülməsini əlaqələndirmək
- Sənədləri düzgün (qəbul olunmuş təlimatlara uyğun olaraq) işlənək
- Kadr uçotu, işçilərə cari və keçmiş əmək fəaliyyətləri haqqında arayışlar vermək
- Məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək
- Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi
Tələblər:
- Ali Təhsilli
- Ən az 2 il iş təcrübəsi
- AR Əmək Məcəlləsini bilməli
- Dil bilikləri: Azərbaycan – mükəmməl, Rus dili – mükəmməl
- Ofis proqramlarında sərbəst işləməyi bacarmalı
- Məsuliyyətli, işi düzgün icra etməli
- Gərgin iş rejimində işləməyi bacarmalı
- Öyrənməyə həvəsli, yeniliyə açıq, araşdırmacı olmalı
Maraqlananlardan xahiş olunur öz CV-lərinizi hr@modenis.az email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaq.
Göndərilən CV-lərdə mövzu adı yerində “HR mütəxəssis” yazılmalıdır.
Oxşar vakansiya siyahısı:
650₼
İnzibati işlər üzrə kiçik mütəxəssisA - Group Insurance Company İnzibati işlər üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Sənədləşmə üzrə Mütəxəssis
Mətanət A Şirkətlər Qrupu Sənədləşmə üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
700 — 800 ₼
Koorparativ satış üzrə mütəxəssisAR-METİZ MMC şirkəti şurup istehsalı ilə məşğul olur və hal-hazırda Koorparativ satış üzrə mütəxəssis vakansiyası üzrə bəy və ya xanım işçi axt ...