Qısa məzmun
PASHA Life Proqram təminatı bölməsinin mütəxəssisi (backend proqramçı) vəzifəsi üzrə vakansiya elan edir.
Vakansiya haqqında məlumat:
- Struktur bölmə: İnformasiya texnologiyaları departamenti,Proqram təminatı bölməsi
- Vəzifə: Proqram təminatı bölməsinin mütəxəssisi (backend proqramçı)
- Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
- İş saatları (iş rejimi): 09:00 – 18:00
- Son müraciət tarixi: 30 mart 2021
Vəzifə Öhdəlikləri:
- Daxil olmuş tapşırığın analizi və uyğun həll yolunun tapılmasında iştirak etmək.
- Məlumatların periodik yüklənməsi üçün JOB-ların yaradılması və işinə nəzarət etmək
- Yeni modulların yaradılması, modullarda dəyişiklik, TFS və GİT sistemi üzrə kodlarda dəyişikliklər tətbiq etmək
- Yeni Proyektlərin hazırlanmasında rəhbərinin verdiyi tapşırıqları yerinə yetirmək, alqoritmlərin hazırlanması , texniki sənədin analiz edilməsi
- Qrup halında aparılan texniki və proqramlaşdırma proseslərin izlənilməsi və yaranan problemlərin rəhbərə təqdim edilməsi
- Birbaşa rəhbərin göstərişi ilə digər aidiyyatı tapşırıqları yerinə yetirmək və Şirkətin struktur bölmələrinin sifarişlərini vaxtında və lazımi səviyyədə icra etmək;
- Lazımi analitik əməliyyatların aparılması və proaktiv olaraq və yeni ideaların verilməsi
Namizədə olan tələblər:
- İş təcrübəsi: Proqramlaşdırma sahəsi üzrə ən azı 1 il iş təcrübəsi tələb olunur
- Təhsili/ixtisası: İnformasiya texnologiyaları və ya Riyaziyyat sahələrində bakalavr dərəcəsi
- Texniki bilikləri: C# , ASP .NET CORE MVC, ASP .NET CORE API, MSSQL(T-SQL)
- Dil bilikləri: Azərbaycan dili – əla, rus dili – orta, ingilis dili – ort
- Üstünlüklər: Microservis Arxitekturunda və digər proqramlaşdırma dillərində işləmə bacarığı üstünlükdür
- Kompüter bilikləri: MS Office – orta
- Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, geniş perspektiv, dəyişikliklərə uyğunlaşma
İmtiyazlar:
Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası
Digər məlumatlar:
Ünvan: Bakı şəhəri, Səbail rayonu, Sahil Plaza, M.Useynov pr., 61
Əlaqə vasitələri: www.pasha-life.az (+994 12) 942
Vakansiya üçün müraciət qaydası: Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.