Həyat sığortası idarəsinin mütəxəssisi
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 600-1000 AZN. Ateshgah Sigorta Həyat sığortası şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir.

«Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ birləşərək “Atəşgah” Sığora Qrupunu yaratmışlar. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 14 filialda, 500-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.

Hörmətli namizəd!

İnanırıq ki, bizim komandanın bir üzvü olaraq, yaxın gələcəkdə Sizin ilk peşəkar uğurlarınıza sevinəcəyik!

Həyatın qarışıq sığortası şöbəsinin mütəxəssisi

Namizədə tələblər:

  • Yaş: 22-32
  • Təhsil: Ali
  • İş təcrübəsi: Müştəri xidmətləri, satış sahəsində (həmçinin sığorta və ya bank sahəsində) olanlara üstünlük verilir
  • Dil bilikləri: Azərbaycan (əla), Rus (əla), əlavə olaraq Ingilis dili (arzuolunadır)

Şəxsi keyfiyyətlər:

  • Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
  • Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
  • Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı

Əsas vəzifə öhdəlikləri:

  • Potensial müştərilərin axtarışını həyata keçirmək
  • Potensial müştərilər bazasını tərtib etmək
  • Potensial müştərilərlə görüşlərin keçirilməsində müstəqil şəkildə iştirak etmək, müştərilərin tələblərinə uyğun olaraq sığorta proqramlarının təşkil edilməsinə dair məsləhətlər vermək
  • Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq
  • Zəruri hallarda lazım olan sənədləri azərbaycan, ingilis və ya rus dillərinə tərcümə etmək
  • Şirkətin maraqları çərçivəsində müştərilərlə danışıqlar aparmaq və müştəriləri Şirkətlə əməkdaşlıq etməyə dəvət etmək
  • Birbaşa rəhbərin digər xidməti tapşırıqlarını yerinə yetirmək

İş şərtləri:

  • Əmək müqaviləsi bağlanılır
  • İş vaxtı 09:00 – 17:30
  • İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
  • Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir
  • Şirkət tərəfindən görüşlər üçün sürücü və avtomobil təqdim olunur
  • Sabit əmək haqqı 600 -1000 AZN (Korporativ satış təcrübəsinə əsasən təyin olunacaq)

Məlumatlandırıcı qeydlər:

  • Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
  • CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
  • CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
  • Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
  • İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
  • Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
  • CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
  • İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini (şəkilsiz CV’lərə baxılmayacaq) recruiting@ateshgah.com -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Həyatın qarışıq sığortası şöbəsininin mütəxəssisi qeyd etmələri xahiş olunur.

“Atəşgah” S.Ş. şəffaf idarəçilik üslubunu tətbiq etməklə, əməkdaşların daimi rəyini öyrənib, qərarların qəbul edilməsində onların iştirakını təmin edir.
Sağlam həyat tərzinin təmin olunması üçün müasir idman zalı, bütün avadanlıqlarla təhciz olunmuş yemək zalında güzəştli şərtlərdə təşkil olunan nahar fasiləsi, kitabxana, istirahət otaqları, müxtəlif əyləncəli tədbirlər, intellektual oyun və viktorinalar iş gününü maraqlı və faydalı edir.
Ən vacibi isə hər bir əməkdaş davamlı inkişaf və karyera yüksəlişi məqsədilə daxili və xarici tədris prosesinə qoşulmaq imkanına malikdir.

Oxşar vakansiya siyahısı:

Operator

Ritm mebel Operator vəzifəsi üzrə vakansiya elan edir. ...

Ritm Mebel

04.10.2024 - Bakı

Çağrı mərkəzi üzrə operator

Barkod Electronics Çağrı mərkəzi üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...

Baku Digital MMC

03.10.2024 - Bakı

350 — 600 ₼
Operator

Ritm mebel Operator vəzifəsi üzrə vakansiya elan edir. ...

Ritm Mebel

01.10.2024 - Bakı

600₼
Animator

Əmək haqqı: 600Azn+bonus. Supertoys Animator-Kuryer vəzifəsi üzrə vakansiya elan edir. ...

Super Toys

01.10.2024 - Bakı

Call center operatoru

Ə/h 400 AZN +bonus. Seylab Call center operatoru vəzifəsi üzrə vakansiya elan edir. ...

Seylab

30.09.2024 - Bakı

Əməliyyat şöbəsinin rəhbəri

189 Courier MMC Əməliyyat şöbəsinin rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...

189 Courier

23.09.2024 - Bakı

Operator – Təcrübə Proqramı

Aznet Technologies QSC - Operator Vəzifəsi üzrə Təcrübə Proqramı elan edir. ...

Aznet Technologies

19.09.2024 - Bakı

Optik məsləhətçi

Focus Optika Optik məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir. ...

Focus Optika

18.09.2024 - Bakı

Çağrı mərkəzi üzrə operator

Domino’s Pizza Azerbaijan Çağrı mərkəzi üzrə operator vəzifəsi üzrə vakansiya elan edir ...

Domino’s Pizza Azerbaijan

13.09.2024 - Bakı