Baş Aşpaz
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

A+Co ASC Baş Aşpaz üzrə vakansiya elan edir. Milli mətbəxi peşəkar səviyyədə bilməlidir.

“A+CO” ASC şirkəti “Baş Aşpaz” vəzifəsi üzrə işçi axtarışı elan edir.

Tələblər:

  • Müvafiq sahə üzrə peşə təhsili;
  • Yaş aralığı: 30-50;
  • Kişi namizədlərə üstünlük verilir;
  • Korporativ mühitdə və gündəlik 300-350 nəfərlik staffa yemək hazırlanması üzrə minimum 3-5 il iş təcrübəsi;
  • Bu sahə üzrə yeniliklər barədə məlumatlı olmaq və müvafiq olduğu halda yeni üsulları iş prosesində tətbiq etməli;
  • Milli mətbəxi peşəkar səviyyədə bilməli;
  • Ərzaqların və hazırlanmış məhsulların saxlama müddətlərini və şərtlərini bilməli;
  • Məhsullardan hazırlanan yarımfabrikatların keyfiyyətinə qoyulan tələbləri bilməli;
  • İş saatlarında çevik olmalı, gərgin iş qrafikində dəqiq və səmərəli işləməli;

Vəzifə öhdəlikləri:

  • Mətbəxin işini təşkil etmək və işçi heyətini idarə etmək;
  • Menyunun hazırlanmasında iştirak etmək;
  • Aşpazları və mətbəxdə çalışan digər işçiləri daima təlimatlandırmaq, yemək hazırlanması sahəsində olan yenilikləri, həmçinin, yeni avadanlıqlardan istifadə qaydalarını lara nümayiş etdirmək;
  • Hazırlanan yeməklərin keyfiyyətli və sağlam olmasını, onların tələb olunan gigiyenik standartlara cavab verməsini təmin etmək;
  • Təsdiq olunmuş maliyyə büdcəsinə uyğun olaraq lazım olan ərzağın miqdarını və dəyərini hesablamaq və tələb olunan standarta cavab verməsinə nəzarət etmək;
  • Sanitariya qaydalarına yüksək səviyyədə riayət etmək və mətbəxdə çalışan işçilərin standartlara riayət etdiyinə əmin olmaq məqsədilə təchiz edilən ərzağı, istifadə olunan
  • adanlıqları və mətbəxi daima təftiş etmək;
  • Yeməklərin vaxtında hazır olmasını və gecikmədən mətbəxdən çıxmasını təmin etmək.
  • Səliqəli görkəmə və gigiyenik təmizliyə riayət etmək;
  • Mətbəxlə bağlı vaxtaşırı keçirilən sorğu əsasında şikayət və narazılıqların araşdırılmasında və problemin həllində iştrak etmək, verilən təklifləri nəzərdən keçirmək;
  • Vəzifəsinin icrası ilə bağlı verilən digər tapşırıqları yerinə yetirmək;

İş şəraiti:

  • İş yeri: Xırdalan şəhəri
  • İş vaxtı: 09:00-dan 18:00-dək;
  • Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq razılaşma əsasında təyin olunacaq.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Baş aşpaz” yazaraq hr@aplusco.az ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Oxşar vakansiya siyahısı:

450₼
Qabyuyan

1st Fitness mərkəzi “Qabyuyan” vəzifəsinə vakansiya elan edir ...

1st Fitness

18.11.2024 - Bakı

500₼
Fəhlə

Mətanət A Fəhlə üzrə vakansiya elan edir. ...

Mətanət A

14.11.2024 - Bakı

Aşpaz

Maple Trading şirkəti Aşpaz vəzifəsi üzrə vakansiya elan edir. ...

Maple Trading şirkəti

07.11.2024 - Bakı

500 — 800 ₼
Fəhlə

İİnci Group Of Commpanies Fəhlə vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

07.11.2024 - Bakı

Fəhlə

Maple Trading şirkəti Fəhlə üzrə vakansiya elan edir. ...

Maple Trading şirkəti

05.11.2024 - Bakı