Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Qazax Sement Zavodu MMC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. Aylıq mobil rabitə limiti verilir.
• Müəssisənin adı: “Qazax Sement Zavodu” MMC
• Əsas iş yeri: Bakı şəhəri
Namizədə dair tələblər:
- Maliyyə və ya Mühasibatlıq sahəsində ali təhsili olmalıdır;
- Minimum 3 il iş təcrübəsi olmalıdır;
- Mühasibat uçotu sistemləri (ERP) ilə işləmə təcrübəsi olmalıdır;
- Microsoft Office proqramları, xüsusi ilə Microsoft Excel və Microsoft Word proqramlarında sərbəst işləməyi bacarmalıdır;
- Rus və / və ya ingilis dilini sərbəst bilməsi vacibdir;
- Mühasibatlıq üzrə beynəlxalq sertifikasiyası olması (ACCA, ACA) və ya sertifikasiyanın alınması üçün hazırda çalışan namizədlərə üstünlük verilir.
Əsas vəzifə öhdəlikləri:
- Uçotun yerli və beynəlxalq mühasibat standartlarının tələblərinə uyğunlaşdırılması prosesini həyata keçirir və onu təşkil edir;
- Maliyyə hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edir;
- Müəssisənin vergi uçot bazasının formalaşdırılması, onun fəaliyyətinin düzgün tənzimlənməsi və hesabatların hazırlanmasında Baş Mühasibə dəstək olur;
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, pul vəsaitlərinin, əmtəə material qiymətlərinin və əsas fondların inventarizasiyasının uçotu və hesabatlarının təşkili və müəssisənin digər bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət edir;
- Vergi orqanları və digər dövlət qurumları tərəfindən tələb olunan bütün növ hesabatların hazırlanmasını və təqdim edilməsini təmin edir;
- Daxili və xarici auditorlar tərəfindən tələb olunan məlumaların hazırlanmasına və təqdim edilməsinə dəstək edir;
- Təh-təl hesab şəxslərlə iş və müvafiq uçotun aparılmasını təmin edir;
- Subpodratçılarla əlaqədar mal-material, xidmət, ödəmələr, zəmanət və avanslarla əlaqədar hesablamaları həyata keçirir və uçotunu aparır;
- Ştat maliyyə və kassa nizamına ciddi əməl edilməsi, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının çatışmazlıqlarının və digər itkilərin mühasibat balanslarından müvafiq qanunvericiliyə əsasən silinməsini təmin edir;
- Mühasibat sənədlərinin tərtib edilməsi və arxivləşdirilməsi işlərini qanunavericiliyə uyğun qaydada şəkildə təşkil edir.
- Vəzifəsinə uyğun olaraq Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
Əsas təminatlar:
- Nahar ilə təmin olunur,
- Aylıq mobil rabitə limiti ilə təmin olunur,
- Zavod ərazisində yaşayış yeri şirkət tərəfindən təmin olunur (Adminstrativ heyət üçün zavod ərazisində yüksək səviyyəli Hotel – yataqxana fəaliyyət göstərir),
- İşçilərin iş yerinə rahat gediş-gəlişi üçün ətraf yaşayış məntəqələrinə (Qazax və Ağstafa rayonları) komfortlu servis avtobusları fəaliyyət göstərir.
- Müəssisənin adı: “Qazax Sement Zavodu” MMC
- Əsas iş yeri: Qazax rayonu, Daş Salahlı kəndi
E – mail : Hamza.Xocayev@qsz.az . Mövzu hissəsində ” Aparıcı mühasib ” qeyd olunması zəruridir.
Qeyd: Xahiş olunur fikri ciddi olmayan və iş təcrübəsi olmayan namizədlər CV göndərməsin.
Oxşar vakansiya siyahısı:
Bank Respublika ASC Məhsul sahibi (Product owner) vəzifəsi üzrə vakansiya elan edir. ...
Perla mebel Goran mağazasına uçotçu vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Audit Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Kassir vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Mühasib (Restoran) vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Risklərin İdarə edilməsi Departamenti, Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC Marketinq Departamentinin Kartmane və Partnyorlarla iş şöbəsində Baş mütəxəssis/ Ekspert vəzifəsinə işə qəbul elan edir. ...
Expressbank ASC Risklərin İdarə edilməsi Departamenti, Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Mikro kredit üzrə kiçik kredit mütəxəssisi (Sumqayıt filialı) vəzifəsi üzrə vakansiya elan edir ...