Müdir müavini
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Türk Dünyası Atyatürk Liseyi Müdir müavini vəzifəsi üzrə vakansiya elan edir.

Əmək haqqı – razılaşma yolu ilə
Ünvan 1: Nərimanov rayonu, Əhməd Rəcəbli 33 C
Ünvan 2: 28 may küç. 70.
İş vaxtı: Həftənin 6 günü (dərs tabelinə uyğun)
1-5 günlər: 08:00 – 18:00
6 gün: 10:00-17:00
AR üzrə əmək məcəlləsinə uyğun rəsmiləşmə

Namizədə tələb və vəzifə öhdəliyi:

  • Təlim-tərbiyə və metodiki işləri təşkil edir;
  • Tədris planları və proqramlarının yerinə yetirilməsi üzrə müəllimlərin və digər pedaqoji işçilərin fəaliyyətini istiqamətləndirir;
  • Tədris-metodiki sənədlərin işlənib hazırlanmasına, onların keyfiyyətinə məsuliyyət daşıyır;
  • Zərurət yarandıqda operativ surətdə tədris proqramlarında müvafiq dəyişikliklər aparılması üçün təkliflər verir;
  • Təlim-tərbiyə prosesinin, həmçinin fakultativ və dərnək məşğələlərinin keyfiyyətli təşkilini həyata keçirir və şagirdlərin dövlət standartlarına uyğun təhsil almalarına nail olur;
  • Şagirdlərin meyil-maraqları əsasında seçmə fənlərin və seçmə təhsil sahələrinin müəyyənləşdirilməsini, siniflərin optimal komplektləşdirilməsini təmin edir;
  • Liseyin şagird heyəti ilə bağlı olan sənədləşmənin icrasından cavabdehlik daşıyır;
  • Sinif jurnallarının düzgün tərtib olunmasına nəzarət edir və davamlı olaraq yoxlanılmasını həyata keçirir;
  • Şagird və müəllim heyətinin davamiyyətinə nəzarət edir;
  • Tədris və digər təlim-tərbiyə məşğələlərinin cədvəlini tərtib edir;
  • İntizam şurasının icra etdiyi işlərdə yaxından iştirak edir, elmi-metodik şura və fənn metodbirləşmələrinin işinə rəhbərlik və nəzarəti həyata keçirir;
  • Fənn kabinetlərinin, laboratoriyaların qorunub saxlanması, zənginləşdirilməsi və səmərəli istifadəsini təmin edir;
  • Təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi məqsədilə təkliflər verir, qabaqcıl təcrübənin öyrənilməsi və yayılması, müəllim və valideynlərlə pedaqoji işin təşkili istiqamətində fəaliyyət göstərir;
  • Təlimin keyfiyyətinin yüksədilməsi üçün dərsdinləmələr təşkil edir, dərsləri nəzarətə alır, seminarlar, konfranslar təşkil edir;
  • Yeni və tələbyönümlü strategiyaların hazırlanmasında və təqdim olunmasında fəaliyyət göstərir;
  • Müəllimlərə tədris keyfiyyətinin artırılması üçün istiqamətlər verir, dəstəkləyici mühit yaradır, müəllimləri seminar, konfrans, kurs və təlimlərə cəlb edir, peşəkar inkişaf planlarının hazırlanmasında istiqamətlər verir, planların həyata keçirilməsində şərait yaradır;
  • Özünüqiymətləndirmə və keyfiyyətin ölçülməsi istiqamətində layihələr hazırlayır və həyata keçirir, metodik tövsiylər verir və əməkdaşlığın yaranması üçün müxtəlif metodik və elmi işlər aparır;
  • Pedaqoji işçilərin attestasiyadan keçmələri üçün görülən hazırlıq işlərində yaxından iştirak edir, onların təkmilləşmələrinə, ixtisasartırma üçün nəzərdə tutulan digər tədbirlərdə iştirakına nail olur;
  • Valideynlərlə əlaqəər yaradır və zəruri hallarda valideynlərin maarifləndirilməsi istiqamətində işlər aparır;
  • Təlimin keyfiyyətinin yüksədilməsi və şagird nailiyyətinin artırılmasına məsuliyyət daşıyır;
  • Şagirdlərin yarımillik, illik və yekun qiymətləndirilməsini həyata keçirir və uçotunu aparır;
  • Qəbul imtahanlarının aparılmasına nəzarət edir, sinifdən sinfə keçid imtahanlarının aparılmasını təşkil edir, keyfiyyətə nəzarət və aylıq inzibati yazı işlərinin və ya şifahi imtahanların aparılmasını təşkil edir;
  • İmtahanların təlimata müvafiq keçirilməsini təşkil edir, təlim keyfiyyətinin idarəolunması məqsədilə vaxtaşırı monitorinqlərin eaparlmasını həyata keçirir;

Oxşar vakansiya siyahısı:

History teacher

Təsvir Excellent subject and curriculum knowledge. Excellent planning and teaching well structured lessons. Resource-based teaching / collecting and organizing subject r ...

Landau School

07.11.2024 - Bakı