Qısa məzmun
Parabank ASC Lombard üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Yüksək ünsiyyətqurma və müştərilərlə işləmək qabiliyyəti olmalıdır.
Bakı şəhərində yerləşən filiallarımıza Lombard üzrə mütəxəssis tələb olunur. Maliyyə təşkilatlarında və lombardlarda işləyən və lombard kredit portfeli olanlara üstünlük veriləcək
LOMBARD MÜTƏXƏSSİSİ
Əmək haqqı 500-1000 AZN
Əmək haqqının 2 misli qədər motivasiya
Əsas vəzifələr:
- Aktiv satış təbliğatının aparılması və potensial müştərilərin axtarışı;
- Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlamaq;
- Müştəri müraciətlərini qəbul etmək, təhlil etmək, kredit komitəsinə çıxarmaq və rəsmiləşdirmək;
- Yeni kredit məhsulları və satış metodları təklifləri ilə bağlı təşəbbüskarlıq göstərmək;
- Müştərilərin uzun müddətli əməkdaşlığını təmin etmək məqsədi ilə operativ xidmət göstərmək, daxil olmuş tələb və şikayətləri yerində araşdırmaq;
- Daxil olan kredit analiz müraciətlərinin vaxtında icra olunmasını və Kreditləşdirmə üçün lazımi sənədlərin tərtibatını təmin etmək.
Namizədə olan tələblər:
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Ali təhsil/ natamam ali təhsil;
- Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
- Cins: kişi (arzuolunandır)
- Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi) və lombardlarda işləyən namizədlərə üstünlük verilir
- Yüksək ünsiyyətqurma və müştərilərlə işləmək qabiliyyəti;
- Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini ” Filialın adı- lombard mütəxəssisi” başlığı ilə vakansiya@parabank.az elektron ünvanına göndərməkləri xahiş olunur.
Qeyd edək ki yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq. Bundan əlavə, göndərilən bütün CV-lər məxfi məlumat bazasına daxil edilir.
Oxşar vakansiya siyahısı:
Bank Respublika ASC Lənkəran filialına mikro və aqro kreditlər üzrə kiçik mütəxəssis/ mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 450 + Bonus. Brand Credit BOKT Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...